Yediyimiz qidaların eşitməmizə təsiri var imiş – Həkimdən açıqlama

Baş səhifə

Sağlam qidalanma hər bir orqanımıza təsir etdiyi kimi esitməmizə də təsir edir. Bəs daha yaxşı eşitmək üçün hansı qidalar daha faydalıdır?

 

Tərkibində fol turşusu olan bütün qidalar eşitməmizə müsbət təsir edir. Bu sırada-ispanaq, qaraciyər, brokkoli və ət məhsulları var.

Bu sözləri  açıqlamasında Həkim-otorinolarinqoloq Məftunə Hüseynova deyib.

Magnezium ilə ən zəngin tərəvəz hesab olunan kartofun esitməmizdə rolu əvəzolunmazdır. Kalium da eşitməni yaxşılaşdıran bir mineral hesab olunur. Hansı ki daha çox banan, portagal, kartof və gavalının tərkibində vardır.

Eyni zamanda vitamin D eşitmə sinirinə müsbət təsir edən amillərdən biridir. Hansı ki günəş şüaları, süd və yumurta bir vitamin D mənbəyidir. Bunlardan başqa mərcimək, kahı, kələm və ıspanaq da eşitmə üçün vacib qidalardandır.

Turanxeber.az

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.