Zaur Kamal iranlı müğənnini efirdən qovdu – VİDEO

Şou-biznes

“ARB” kanalında yayımlanan “Həmin Zaur” verilişində gərgin anlar yaşanıb.

Azərbaycan proqramının aparıcısı Zaur Kamal və iranlı müğənni Afşin Azərin arasında mübahisə yaranıb.

Sənətçi aparıcının “İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız” sözlərinə “O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?” Zaur isə öz növbəsində “Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam”.

Azərin isə Zaurun bəhs etdiyi söhbəti xatırlamadığını bildirib:

“Dediyiniz söz-söhbət mənim yadıma gəlmir. İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar”.

 

Z.Kamal isə “Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan” deyərək, onu efirdən qovub.

Reklamlarda sonra isə aparıcı məsələ barədə açıqlama verib:

“Günahı özümdə görürəm. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə həmişə sonsuz hörmətim olub. Afşin Azərin efirdən öncə deyir ki, digər iranlı müğənniləri niyə çağırırsan? Orada onları bir o qədər sevmirlər. Həmin müğənnilərlə məni eyni tərəziyə qoyma. Qonaq gəlmisənsə, özünü qonaq kimi apar”.

Turanxeber.az
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.