Çox güclü vəziyyətə gətirdiyi Osmanlı imperiyasının axırı necə olacaq? Bu qüdrətli imperiya çökəcəkmi,dağılacaqmı?-deyə fikirləşirdi.
O,bu sualın cavabını almaq üçün baş vəzirini o dövrün məşhur türk alimi Yəhya Əfəndinin yanına göndərir.
Vəzir gedir,soruşur və qayıdır.
Qanuni Süleyman:
-O nə dedi?-deyə baş vəzirindən soruşur.
Baş vəzir:
-Onun cavabı bu oldu:”Nəyimə lazımdır deyildiyi zaman” – deyə vəzir cavab verir.
– Başqa heç nə demədi? –deyə Qanuni Süleyman soruşur.
– Xeyr,əfəndim. O, ancaq bu cümləni dedi-deyə baş vəzir deyir.
Süleyman uzun müddət bu sualın cavabını düşündükdən sonra nəhayət, məşhur alimə məktub yazır və bunun nə demək olduğunu izah etməyi xahiş edir.
Məşhur alim Yəhya Əfəndi də məktub yazıb Qanuni Süleymana göndərir.
Məktub belədir:
” * Bir dövlətdə zülm yayılırsa, haqsızlıq, qanunsuzluq, korrupsiya adiləşirsə, eşidənlər “nəyimə lazımdır” deyib uzaqlaşırsa, qoyunları canavar yox, çobanlar yeyirsə,
* Bilənlər bunu deməyib susarsa və gizlədirlərsə,
* Kasıbların , möhtacın, yoxsulların, kimsəsizlərin fəryadı göylərə qalxarsa, onların səsini daşdan başqa heç kim eşitməzsə,
O zaman dövlətin sonu görünür.
*Belə hallardan sonra dövlətin xəzinəsi boşalır.
* İnsanların inamı və etimadı sarsılır.
* Qanuna tabe olmaq hissi yox olur.
*İnsanların ümidləri puç olur, ona görə də dövlətin dağılması qaçılmaz olur”.
Bu məktub 500 il əvvəl yazılmış və indi də Topkapı Sarayında nümayiş etdirilir.
Turanxeber.az Güllər MirXubyar qızı