Təhsil Nazirliyinin nəzərinə!
Söhbət çox istedadlı bir Universitet tələbəsi-Ranal Qurbanovdan gedir.
Söhbət çox istedadlı bir Universitet tələbəsi-Ranal Qurbanovdan gedir.
Bu oğlan Azərbaycanı Beynəlxalq Fənn Olimpiadalarında Biologiya fənni üzrə 70-ə yaxın ölkə arasında təmsil edib:
2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında Gümüş Medal;
2021-ci ildə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında Qızıl Medal;
2019-cu ildə Respublika Fənn Olimpiadasında Bürünc Medal;
2021-ci ildə Respublika Fənn Olimpiadasında Qızıl Medal
Və Birincilərin Birincisi mükafatını qazanıb.
Həmin bu oğlan,Türkiyənin bir neçə Tibb Universitetindən-Gazi,Gülhanə,Acıbadem və Koc Tibb Fakultələrindən dəvət alıb.
Ranal isə keçən il Gazi Universitetinin Tibb Fakultəsini seçərək qeydiyyatdan keçib.
Lakin PULSUZLUQDAN təhsili dayandırmaq məcburiyyətində qalıb.
Ranal Qurbanov 32-ci Beynəlxalq Biologiya Olimpiadasından Qızıl Medalla qayıtdıqdan sonra,Siz başda olmaqla Təhsil Nazirliyinin digər işçiləri,bu oğlanla və digər mükafatçılarla şəkil çəkdirən də,Ranal Qurbanova deyirdiniz ki,sən gəl mənim yanımda dayan.
İndi tanıdınızmı,bu oğlanın kim olduğunu?
Turanxeber.az Güllər MirXubyar qızı.