Şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın yaradıcılıqı haqqında təqdimatımız oxucularımıza çatdırırıq.
Turanxeber.az xəbər verir ki,Könül Hüseynovanın şair Vahid Əzizin sözlərinə bəstələmiş olduğu “Şuşam mənim” mahnısı bir neçə gün öncə Tofiq Quliyev adına 12 saylı Müsiqi Məktəbinin Beynəlxalq Musiqi Mərkəzində keçirilən Möhtəşəm konsertində xormestr Nigar Talıbovanın rəhbərliyi ilə kiçik xor kollektivinin ifasında ictimayətə və tamaşaçılara təqdim olunub. Könül Qabil qızı Hüseynova Bakı Musiqi Akademiyasının (BMA) professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı, Humay Milli Mükafatçısı, pianoçu-bəstəkar. 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsini (A.Qasımovanın sinfi), 2002- ci ildə BMA-nın bakalavr, 2004- cü ildə isə magistr pillələrini (prof. Y.Sabayevin sinfi) fərqlənmə diplomları ilə bitirmişdir. Təhsil illərində Niyazi adına təqaüdə layiq görülmüşdür. 2004-cü ildə BMA-nın əyani aspiranturasına daxil olmuş, təhsilini əla qiymətlərlə başa vuraraq namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 22 çap vərəqi həcmində “Musiqimizin Fərhadı” adlı elmi monoqrafiyanın, dərs vəsaitlərinin, metodik tövsiyyələrin, 30-dan artıq elmi məqalələrin müəllifidir. Tələbələrinin iştirakı ilə f-no müşayiəti altında operaların, səhnələşdirilmiş konsertlərin müəllifidir.
Elmi-praktik konfransın təşkilatçısı, Beynəlxalq konfransların iştirakçısıdır. Bəstəkarlıq fəaliyyəti dövründə bəstələdiyi “Yenilməzsən Azərbaycan”, “Şəhidlik zirvəsində”, “ Murov qartalı”, “ Şuşam mənim”, “ Zəfər”, “ Deyəsən…” və bir sıra başqa mahnıları Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov, məşhur müğənni Gülay Zeynallı, Akademik Opera və Balet Teatrının solisti Atəş Qarayev, Televiziya Muğam müsabiqəsinin laureatı Rəvan Qaçayev və b. ifaçılar tərəfinfən ifa olunmaqdadır. Əsərləri “Mezzo” kamera orkestri ilə də mötəbər səhnələrdə, Televiziya kanallarında səslənməkdədir.
Bir sıra mahnılarının söz müəllifliyi özünə məxsusdur. Xalq şairi Vahid Əziz ilə çalışaraq yeni əsərlər üzərində fəaliyyətini davam etdirir. Şəhid – pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır. İki övladı var. Bu münasibətlə həmin Möhtəşəm konsertin ərsəyə gəlməsində böyük əməyi olan Tofiq Quliyev adına 12 saylı Musiqi məktəbinin direktoru Gülnarə xanım Səfərovaya və həmçinin bütün kollektivə minnətdarlıq hissi ilə Nə yaxşı ki, varsınız deyirəm..

TURANXEBER.AZ
“Qızıl Qələm” media mükafatı laueratı Şəhla Yaşar qızı Qəmbərova.