Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxışı sosial şəbəkələrdə gündəm olub.
Turanxeber.az xəbər verir ki, Prezidentin çıxışında “Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”, – fikri sosial şəbəkələrdə maraqla qarşılanıb.