General rütbəsi almaq, mənim halal haqqımdır! Məmməd Əliyev

ölkə

   8 yaşından indiyə qədər  Ulu Öndər Heydər Əliyevin aşiqi olan və bütün fəaliyyətini ona xidmət etməklə keçirən Məmməd Ağalar oğlu Əliyev.
Kimdir bu  Məmməd Əliyev?
Bütün ictimayyət  onun özünü və ailəsini tanımalıdır.
Məmməd Əliyev 1964-cü ildə anadan olmuşdur. 8 yaşında ikən Ulu Öndər Heydər Əliyevlə görüşmüşdür.
Həmin vaxt Ulu Öndər onun adını soruşanda o “Mamed” deyə cavab vermiş, dahi Lider isə “Sənin adın Məhəmməddir” deyə onun başına qayğıkeş sığal çəkmişdir. İki ali təhsili vardır. Azərbaycan Respublikasında mühəndis, Rusiya Federasiyasında hüquqşünas təhsili alımışdır. SSRİ dövründə Moldaviyada, Krasnoyarskidə, Abakanda daxili qoşun hissələrində xidmətdə olmuş, 250 silahlı döyüş tapşırığı yerinə yetirərək komandanlıq tərəfindən iki dəfə Fəxri fərmana layiq görülmüşdür. O dövrdə ordu sıralarında Sovet İttifaqı Kommunist Partiyasına namizədliyə, 1985-1986-cı illərdə İnşaaat Mühəndisləri İnstitutunda partiya sıralarına üzvlüyə qəbul edilmişdir.

1988-1993-cü illərdə Azərbaycan xalq azadlıq hərəkatına qoşulmuş, 1992-1993-cü illərdə yenicə formalaşan Yeni Azərbaycan Partiyasının qurucularından olmuş və Xətai rayonu üzrə YAP-ın ilk təftiş komissiyasının sədri seçilmişdir. Ziya Bünyadov, Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Rafiq Qasımov, Ramiz Mirzəyev, İbrahim Mehdiyev, Kərim Ağayev, Turan Əliyev, Vüqar Rəhimzadə, Akif Qəmbərov kimi ziyalılarla birgə çiyin-çiyinə YAP-nın formalaşmasında əvəzolunmaz xidmətlər göstərmişdir

1993-cü il fevral ayının 24-də, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməzdən öncə, təlatümlü vaxtlarda Heydər Əliyevə sadiqlik nümunəsi göstərərək, böyük övladına Heydər adını vermiş, Heydər Əliyevin 70 illiyi ilə bağlı “Səs” qəzetində “Hər iki Heydər yüz yaşasın” sərlövhəli tarixi bir məqalə ilə çıxış etmişdir. O dövrdə üzdəniraq hakimiyyət nümayəndələrinin qoçuları Məmməd Əliyevi dəfələrlə ölümlə hədələsələr də, o, bu yoldan dönmədiyini kəskin şəkildə bildirəndən sonra, onu izləmiş, ölümlə təhdid etmişlər. 1993-cü il iyun ayının 9-da onu Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısından əlisilahlılar təhqiramiz formada “BMW” markalı maşına əyləşdirmiş, daha ciddi cəzalandırmaq üçün Bakı Zooloji Parkının yaxınlığında olan “Çinar” restoranı istiqamətinə aparmış, Heydər Əliyevə dönük çıxmasını, çap etdirdiyi məqaləyə təkzib verməsini, övladına verdiyi Heydər adından imtina etməsini tələb etmişlər. Məmməd Əliyev bu tələblərə məhəl qoymadıqda, 12 may 1993-cü il tarixli, “Səs” qəzetinin 107-ci nömrəsində, Ulu Öndər Heydər Əliyevin 70 illik yubileyi ilə bağlı çap olunmuş “Hər iki Heydər yüz yaşasın” məqaləsi olan qəzeti məcburən Məmməd Əliyevə yedirtməyə cəhd etmiş, bununla da ürəkləri soyumamış, “Çinar” restoranının yaxınlığında olan heyvanxanadakı vəhşi canavarla təkbətək bir qəfəsə salaraq həyatına son qoymağa cəhd etmişlər.

1988-1993-cü illərdəki vətənpərvər fəaliyyəti nəzərə alınaraq həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev tərəfindən işə qəbul edilmişdir. Neft Şirkətində Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin rəhbəri Rəhman Qurbanov Məmməd Əliyevi dəvət edərək, onun işə qəbul edilməsi barədə əmr imzalamışdır.

Məmməd Əliyev 7 il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında işləmiş, 2000-ci ildə möhtərəm Prezident cənab İlham Əliyevin 3-cü – İƏ.-34 saylı imzaladığı “Zəmanət məktubu” ilə 36 yaşında, müstəsna halda birbaşa Azərbaycan Prokurorluğunun Aparatına şöbə prokuroru vəzifəsinə qəbul edilmişdir. Rəhbərlik tərəfindən üç dəfə növbədənkənar xüsusi rütbə ilə təltif edilmiş, iki dəfə “Təşəkkürnamə” almışdır.

2005-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Dövrü mətbuatda onlarla elmi məqalələri, Ulu Öndərimiz Heydər Əliyev və cənab Prezidentimiz İlham Əliyevlə bağlı “Respublika”, “Azərbaycan”, “Korrupsiya və Qanun”, İki sahil”, “Səs”, “Qanun naminə”, “Xəzərdən dünyaya”, XXI əsr”, “Sportman Baku”, “Əbədi yol”, “Həyat”, “Zəfər qalası”, “Kafkas news” və bir çox saysız-hesabsız qəzet və jurnallarda məqalələri çap olunmuşdur. Bir çox elmi məqalələri Baş Prokurorluğun “Hüquqi dövlət və qanun” jurnalında, Elmi-kütləvi jurnallarda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət İdarəçiliyi” jurnalında çap olunmuşdur. İşlədiyi 22 il ərzində Prezidentimiz cənab İlham Əliyevin tələbinə uyğun olaraq korrupsiya və rüşvətdən uzaq olmaqla bərabər, bu neqativ hallara qarşı amansız mübarizə aparmaqdadır. Dəfələrlə televizya ekranlarında, sosial mediada çıxışlarına görə, ictimaiyyət tərəfindən qətiyyətli mövqeyi olan ziyalı, prinsipial prokuror kimi tanınmışdır.

Uzun illər Azərbaycan Prokurorluğunun Müraciətlər İdarəsində işlədiyi müddətdə vətəndaşlarla daima yaxın ünsiyyətdə olduğu və eləcə də həm respublikamızdan, həm də xarici ölkələrdən ona olunan müraciətlərə şəffaf şəkildə yanaşıb yerinə yetirdiyi üçün 3,5 milyon Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Məmməd Əliyevin dövlətimizə sadiqliyini və bir çox sağlam keyfiyyətlərini əsaslandıraraq belə bir ziyalı, tarixi şəxsiyyətin Azərbaycan Respublikasının Baş Prokuroru təyin olunmasından ötrü xahiş müraciəti ünvanlamışlar. Bu Azərbaycan Prokurorluğunun tarixində Məmməd Əliyevin taleyinə yazılmış bir tarixdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə sabiq Baş prokuror Zakir Qaralov istefaya göndəriləndən sonra böyük ziyalımız Kamran Əliyev Baş prokuror təyin olunmuşdur. Bakı şəhər Prokurorluğunda şöbə prokuroru işlədiyi zaman daima xalqa yaxın olan, vətəndaşların problemlərinə həssas və diqqətlə yanaşan Məmməd Əliyev Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin diqqətini çəkmiş, etimadını doğrultmuşdur. Cənab Baş Prokuror Kamran Əliyev böyük diqqət və qayğı ilə şəffaf, peşəkar, cinayətkarlığa qarşı mübarizəyə görə 03.05.2021-ci il tarixdə 10/297-K saylı əmr ilə Bakı şəhər prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin prokuroru ədliyyə müşaviri Məmməd Əliyevi Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin prokuroru vəzifəsinə təyin etmiş, ardıcıl olaraq 22.09.2020-ci il tarixdə isə 10/530-K saylı əmr ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinin prokuroru vəzifəsinə təyin olunması üçün əmr imzalamışdır.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə elan edilmiş müharibə şəraitində Məmməd Əliyev ölkəmizin çətin durumuna biganə qalmamış, rüşvətdən, korrupsiyadan uzaq, şəffaf işləməyinə baxmayaraq, öz aylıq məvacibindən Azərbaycan Respublikası Silahlı Qüvvələr Fonduna 1113 manat maddi yardım etmişdir.

Məmməd Əliyevin prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyəti, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki nailiyyətləri 30.12.2021-ci il tarixdə yüksək qiymətləndirilərək Baş Prokuror tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Ədliyyə müşaviri həm də 2019-cu ildən Bakı Karate-do Akademiyasının Fəxri Prezidenti seçilmişdir. Dövlətimizin rəsmi qurumları tərəfindən generallar − Səməd bəy Mehmandarov və Həzi Aslanov adına təsis edilmiş qızıl medallarla mükafatlandırılmışdır.

Məmməd Əliyev üç oğul atasıdır. Övladlarının üçünü də vətənpərvər ruhda böyütmüşdür. Onlar Rusiya Federasiyasının tanınmış universitetlərində Beynəlxalq hüquq sahəsində aspirantura pilləsində həm təhsil alır, həm də işləyirlər.

Oğlu Cavanşir Əliyev Prezidentimiz İlham Əliyevin təhsil aldığı və dərs tədris etdiyi MQİMO-da 28 yaşlı hüquq elmləri doktoru, gənc alimdir. Hazırda “Beynəlxalq hüquq və Avropa hüququ” kafedrasında magistr səviyyəsi üzrə təhsil alan tələblərə dərs tədris edir.

Oğlu Heydər Əliyev Moskva Dövlət Sosial Münasibətlər Akademiyasının əyani şöbəsinin aspirantıdır.

Digər oğlu Ağalar Əliyev Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq üzrə magistratura pilləsini bitirmiş, hal-hazırda aspirantura pilləsində təhsil alır.

Həyat yoldaşı Fəridə xanım Mövsümzadə tanınmış kimyaçı alim Əhməd Mövsümzadənin qızıdır, hazırda səhiyyə işçisidir.

 Turanxeber.az   Güllər Amin Bakı

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.