Dünyanın ƏN QORXUNC XƏSTƏLİYİ – Bir bədəndə bir neçə ruh

Baş səhifə

Müasir elm bu xəstəliyin adını Dissosiativ şəxsiyyət pozğunluğu qoyub. Uşaqlıqda alınan ağır emosional travma, bir insanın şəxsiyyətinin parçalanması  və iki, üç, dörd və ya daha çox insanın bir beynində yaşaması kimi  nadir psixi xəstəliyə səbəb ola bilər.

Ötən əsrin ortalarında yaşamış amerikalı Xuanita Maksvellin 6 şəxsiyyəti olub, onlardan biri öz nənəsini öldürmüş,  Xuanita  ömrünü psixiatriya xəstəxanasında  başa vurmalı olmuşdu.

Daxili “şəxsiyyətlər” bir-birlərinin etdiklərindən xəbərsiz qalır,  baş verənləri, törətdiklərini xatırlamırlar.

Almaniyada yaşayan B.P adlı qadın 28 yaşında avtomobil qəzasına düşdükdən sonra, kor olmuşdu. Maraqlıdır ki, B.P illər sonra daxilindəki 12 yaşlı oğlanın gözləri ilə dünyaya baxmış, gözləri açılmışdı. Elm hələlik bunun izahını tapa bilməyib.

Hazırda Amerikada Dissosiativ şəxsiyyət pozğunluğu olan insanlar üçün yaradılmış First Person Plural dərnəyinin direktoru olan Melani Qudvinin 9 şəxsiyyəti var.

O, heç vaxt içində yaşayan çoxsaylı şəxsiyyətlərdən hansının nə zaman önə çıxacağını bilmir.  Bu 16 yaşlı Melani  də ola bilər, 3 yaşlı Melani də, 40 yaşlı Melani də. 40 yaşına qədər o, tam sağlam idi.  Ancaq bir ailə faciəsindən sonra daxilində nə qədər müxtəlif şəxsiyyətlərin yaşadığını anladı. Bu şəxsiyyətlər arasında mübarizə gedirdi. Psixiatrla uzunmüddətli söhbətlərdən sonra məlum oldu ki, Melaniyə 3 və 16 yaşlarında təcavüz olunub və o bu hadisələri özünə unutdurmağa çalışsa da, travma 40 yaşında xatırlanıb. Melani özünü “biz” adlandırır.

“Biz dünya malı üçün yox, beynimizdəki “mənin”  vahid bədənə sahiblənməsi uğrunda  mübarizə aparırıq. Çünki bu şəxslərdən birinin törətdiyi cinayət digərlərini həbsə atdıra bilər. Bu qorxuncdur, biz birik, eyni zamanda çoxuq və yeganə fərdik”, – deyə o qeyd edir.

1885-ci ildə doğulmuş Bill Milliqanın adı psixiatriya tarixinə böyük hərflərlə yazılıb.  Bu unikal şəxsin daxilində nə az, nə çox düz 24 müxtəlif şəxs “yaşayıb”. Billi Milliqanın 24 şəxsiyyətindən 10-u əsas idi, digərləri  müxtəlif hallarda özünü büruzə verirdi.

Onda şəxsiyyət bölünməsi 8-9 yaşlarından müşahidə edilmişdi. Oğlan daim atalığı tərəfindən döyülürdü. Məhz bu zamandan Billi bir neçə şəxsiyyətlərə bölünməyə başlayır. Əsas və birinci şəxs olan Billi daim özünə qəsd etməyə cəhd edirdi. Onun 16 yaşı olduqda damdan özünü ataraq intihar etmək istəsə də, digər “şəxsiyyətlər” buna imkan vermir və onu 6 il müddətinə keyləşdirirlər. Başqa sözlə, əsl Bill özünü 6 ildən bir tapır, 6 il ərzində baş verənləri xatırlamırdı.

İkinci şəxs Artur  alicənab bir kişi, üçüncü Reycen Vadaskoviniç Yuqoslaviyadan olan kommunist , Allen  ikiüzlü fırıldaqçı idi. Lakin məhz onun sayəsində Billi və Ko çətin vəziyyətlərdən çıxırdılar. Tommi elektronika mühəndisi, Denni qorxaq 14 yaşlı yeniyetmə, Devid bütün ağrılara cavabdeh, Kristina 3 yaşlı qız ,19 yaşlı Adalana homoseksual idi. Bir də hərdən üzə çıxan 60 yaşlı bir nənə vardı. Billi Milliqan qarət və üç qadına təcavüz etməsi ilə bağlı təqsirli bilinərək, ömürlük psixiatrik xəstəxanaya məhkum edilmişdi. Lakin Billin bundan xəbəri yox idi.  Çünki qarətləri Reycen, təcavüzü isə Adalana törətmişdi. Bill onlara 6 ildən bir baş çəkirdi.

Təsəvvür edirsinizmi, bir müddət özünü 3 yaşlı uşaq kimi aparan biri, qəflətən cinayətkara çevrilə bilər.

Psixiatrların fikrinə görə, psixi travma zamanı insan ağır emosiyalardan qurtulmaq üçün əlavə şəxsiyyət yaradır, xatirələrini bölür, yalançı xatirələr yaradır.  Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.