Hərdən hiss edirəm ki, bu mənasız adamlara şeir belə təsir etmir.

Baş səhifə Mədəniyyət
Dünyanın ən gözəl sözlərini düz qabaqlarına, gözünüz ucuyla baxmaq bir yana, əksinə kinayəylə yanaşıb keçirlər.
“Hə, nolsun, şeirdi də”, ya da “Bu da özünü ağıllı sanır, şairdi də” və sair.
Adam o qədər üzülür ki, onların ölmüş ruhuna, heç öz əzizi ölsə, bu qədər üzülməz vallah.

Artıq ruhumu çöldən tapmış kimi hiss edirəm bu adamlar arasında. Elə bil, sanki öz əzizlərini öldürüb məhv edən adamlar bunlar deyil. Elə bil hər gün xəbərlərdə ən murdar şeylıərin baş qəhrəmanı bunlar yox, biz  şairlərik….

Məni məhv etməkçün çox az şey gərək
Bir qadın sevgisi, ya dost gedişi.
Bir quşun aclıqdan ölməsi, misal
Bir haqsız davranış, ya da nə bilim
Ya da bir dərvişin qərib göz yaşı…
Səni bağışladım, Mirbağır qağa
Mən elə sevgini duyan biriyəm.
Mənə bir şeir yaz – gözəlcə olsun
Mən bircə şeirə uyan biriyəm.
Mən zəncir sevmirəm, bunu bilirsən
Mən gözəl şeylərin ayarındayam.
İçindən min cürə oğraşlıq keçən
Zalım adamların diyarındayam.
Məni çoxdan kəsib, məhv eləyiblər
Bir yanım səngərdə yanında qalıb.
Hər cürə canımı alıblar mənim
Bircə şeir yazmaq canımda qalıb.
Mən də istəməzdim Rafiq Tağını
Ölkə ortasında bıçaqlasınlar.
Onun qanını da, onun ölmünü
Belə göz görəcə, belə amansız
Heç bir şey olmamıştək bağlasınlar…
Səni də o uzaq el ələdi ee
Sən də o ellərdə ələndin, Miri.
Ağappaq bir həyat yaşamaqdaykən
Şeirin qanına bələndin, Miri.
Mən də istəmirəm daha görüşmək.
İçimdə ağrılar gəzirəm indi.
Bircə anam qalıb, onun eşqinə
Hər cür oğraşlığa dözürəm indi.
Mənim anam mənim səni biləndən
Sənin də anandır – bunu biilirsən.
Bir də bunu düşün, gözəl deyilmi
Ehh, anan öləndən sonra ölürsən…
Səni də bağrıma basıb öpürəm
Əsgər yoldaşımsan, səngərimdə qal.
Məni yaşatmaqçün hər gün dartınan
Sən də əcələ bax, kəndirimdə qal…
ƏSƏD

Turanxeber.az Güllər Amin

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir