Təqdimatı Milli Qurtuluş Günü ərəfəsində keçirməyimiz özü də təsadüfi deyil

Mədəniyyət
Əziz Media nümayəndələri!

Görkəmli rejissor Ayaz Salayevin 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqın soydaşlarımız haqqında çəkdiyi bir saatlıq sənədli filmin 14 iyun tarixdə saat 19:00-da NİZAMİ kinoteatrında təqdimatı olacaq. Filmdə həmin hadisələrin canlı şahidi olan onlarla insanı görmək və dinləmək fürsəti əldə edəcəksiniz. “Torpaq” adlanan bu film bizim tarixi torpaqlarımızı heç vaxt unutmadığımızın növbəti sübutudur. Düşmən də bilməlidir ki, Zəngəzur, Göyçə, İrəvan və bütün digər tarixi mahallarımız Azərbaycanıın ayrılmaz hissəsidir və biz mütləq o torpaqlara qayıdacağıq! Mədəniyyət Nazirliyinin sifarişi və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə “Salnaməfilm” studiyasının istehsal etdiyi filmin təqdimatını Milli Qurtuluş Günü ərəfəsində keçirməyimiz özü də təsadüfi deyil, çünki Ulu Öndər Heydər Əliyev xalqımızın deportasiya və soyqırımlarına tarixi-siyasi qiymətin banisidir! Əziz Media nümayəndələri! Hər biriniz həmin təqdimata dəvətlisiniz və Sizlərin bu tədbirdə iştirakınız bizim üçün böyük mənəvi dəstək və şərəfdir. Əvvəldən təşəkkür edirik.
Hörmətlə, Əziz Ələkbərli.

Turanxeber.az Güllər Amin
Open photo
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir