Həmcinsi ilə intim videosu yayılan kişi müğənni imiş – Arvadından şok açıqlama

Cəmiyyət

“Bir ildən artıqdır rəsmi şəkildə boşansaq da, uşaqları mənə vermirdilər, 5 aydan çox idi ki, övladlarımın üzünü görmürdüm”.

Turanxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl həmcinsi ilə birlikdə videosu yayılan şəxsin keçmiş həyat yoldaşı S.Ağayeva (şərti) deyib.

Rayonlardan birində yaşayan qadın əlavə edib ki, görüntülərin sosial şəbəkələrdə, xüsusilə vatsapda kütləvi yayılmasından sonra övladlarını yaşadığı evə gətirə bilib: “Bu görüntülərin yayılması hər birimiz üçün böyük zərbədir.

S.Ağayeva əlavə edib ki, övladlarının ona verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməməsinə görə apellyasiya şikayəti verib: “Apellyasiya şikayətində 2014 və 2016-cı il təvəllüdlü uşaqların mənə verilməsinə dair qətnamə olsa da, bunun icra edilmədiyini bildirmişəm. Həmçinin keçmiş həyat yoldaşım aylardır uşaqlara görə təyin edilmiş alimenti ödəmir, səhv etmirəmsə 1200 manata yaxın aliment borcu yığılıb”.

Qeyd edək ki, qadının bir il əvvəl çəkdiyi video məhkəmədə sübut kimi dəyərləndirilib.

Videodakı şəxsin isə yaşadığı bölgədə müğənnilik və falçılıq etdiyi deyilir.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.