EL KİŞİLƏRİ…

Mədəniyyət
Bizim el-obanın qürur çağında
Başları papaqlı kişilər vardı
Onların şəstiylə günəş doğardı
Onların hüzniylə günəş batardı
* * *
Vüqarda əzmdə bu dağ kişilər
Milli dəyərlərin simvolu idi
Elə bil göylərdən yerə uzanan
Uca Tanrımızın bir qolu idi
* * *
Sözdə,söhbətlərdə bütövlük rəmzi
Tanrının özündən söz almışdılar
Haqq idealına dönmələriylə
Kişi məqamına ucalmışdılar
* * *
Biz də hopdurardıq varlığımıza
Onlardan öyrənib Milli dəyəri
Böyüklük görəvin daşımaq şərəf
Bax belə idilər el kişiləri
* * *
Onların yeriyən addımlarında
Vətən yeriyərdi, Vətən gülərdi
Qartal əzəmətli baxışlarında
Düşmən əriyərdi, düşmən ölərdi
* * *
Millətin dərdini dərd bilərdilər
Çəkib canlarına yaşayardılar
Elə öləndə də mərd ölərdilər
Qeyrəti məzara daşıyardılar.
Mir Sədi Mirlər.
 Turanxeber.az AYDIN ŞÜKÜR
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir