Təhsil Nazirliyi Ramiz Mehdiyevin ailə şirkətinə 36 milyonluq tender verdi

İqtisadiyyat

Təhsil Nazirliyi yeni tədris ilinin ən böyük tenderini AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC-yə verib.

Turanxeber.az Azpolitika.info-ya istinadən xəbər verir ki, Nazirlik 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub və sözügedən ASC qalib elan edilib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat ödəniləcək.

“Şərq-Qərb” ASC ötən illərdə AMEA-nın da tender tərəfdaşı olub, hətta Hesablama Palatası 2020-ci ilə dair hesabatında ciddi nöqsanlara yol verildiyini bəyan edib.

Hesabatda qeyd olunurdu ki, AMEA-nın İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar Akademiya tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib. Lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq, çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib.

“Şərq-Qərb” ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayıb. 2001-ci ildə “Şərq-Qərb” özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir.

“Şərq-Qərb” səhmdar cəmiyyətinə çevrildikdən sonra Ramiz Mehdiyevin nəzarətində olub. AMEA prezidentinin müəllifi olduğu kitabların əsasən bu ASC tərəfindən nəşr edilməsi də təsadüfi deyil.

Təhsil Nazirliyinin 36 milyon mantdan artıq vəsaiti Ramiz Mehdiyevin ailə bzinesinə məxsus şirkətə ötürməsinin səbəbi müəmmalıdır. Hər halda, məntiqlə, barəsində Hesablama Palatasının müraciəti əsasında prokurorluqda araşdırma aparılmış ASC-nin reputasiyası nazir Emin Əmrullayevin ehtiyatlandırmalı idi.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bu barədə mətbuata deyib ki, tenderlərin keçirilməsi “Dövlət satınalmaları haqqında” Qanunla tənzimlənir. “İstənilən hüquqi və ya fiziki şəxs bu qanunun 6.2.-ci maddəsində nəzərdə tutulmuş ixtisas uyğunluğu meyarlarına cavab verirsə, tenderlərdə iştirak edə bilər”, -o qeyd edib.

C.Valehovun sözlərinə görə, “Şərq-Qərb” ASC digər müəssisələr kimi göstərilən tələbləri ödədikdən sonra tenderlərdə iştirak edib.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.