Klintondan Makrona mesaj – “Putin qırmızı xətti çoxdan keçib”

Dünya

ABŞ-ın keçmiş dövlət katibi Hillari

Klinton Fransa lideri Emmanuel Makronun Rusiya ilə bağlı mövqeyini tənqid edib və Moskva ilə danışıqlara qarşı çıxıb.

Turanxeber.az xəbər verir ki, Makrona xitab edən Klinton Rusiya Prezidenti Vladimir Putinin qırmızı xətti keçdiyini deyib.

“Onlar deyəndə ki, Rusiyanı aşağılamağa ehtiyac yoxdur, düzü, mənə elə gəlir ki, bu mərhələ artıq keçib. Putin qırmızı xətti çoxdan pozub”, – sabiq dövlət katibi bildirib.

Onun fikrincə, Rusiya prezidenti özünü İsveç, Baltikyanı, Skandinaviya və Şimal ölkələrinə qarşı 20 il müharibə aparmış “Böyük Pyotr” hesab edir.

Klinton dünyanı Putinin əslində kim olduğunu və məqsədlərinin nə olduğunu aydın göstərən davranış və çıxışlarına diqqət etməyə çağırıb.

O, həmçinin hesab edir ki, indi dialoq vaxtı deyil.

Bundan əvvəl Makron bildirib ki, Rusiya alçaldılmamalıdır. O, sözlərini gələcəkdə ölkələrin Moskva ilə əməkdaşlıq etməli olacağı ilə izah edib.

“Bir gün döyüşlər dayandıqda, böhrandan diplomatiya ilə çıxış yolu aça bilərik”, – Fransa prezidenti söyləyib.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir