Gəncə, 27 mart 1990-cı il Cavad xanın nəşi dəfn edilmək üçün Şah Abbas məscidinin həyətinə gətirilir...
Sovetlər dövründə Gəncədə I Şah Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunan Cavad xanın məzarı 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında dağıdılıb. Məscidin həyətində fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən ekskovator bir şeyə ilişir və qazıntılar təcili olaraq dayandırılır. Ərazidən üstü ərəb dilində yazılan baş daşı və məzar aşkarlanır. Yazıların oxunması ilə məzarın , Gəncə xanı Cavad xana aid olduğunu göstərir. Baş daşında yazılırdı:
“Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur”
Lakin Gəncənin qeyrətli oğulları Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayıb. Xanın məzarı qorunmaq məqsədi ilə “Səbiskar” qəbiristanlığına aparılır və Əsgər Ağa Goraninin türbəsində 30 il gizlədilir.
1990-cı ildə hələ Sovet hakimiyyəti tam çökməmişdi, rusların ölkəyə təsiri hiss edilirdi, vəzifədə olan məmurlar rusları “qızışdırmamaq” üçün Cavad xanın qəbrini öz yerində yox, məscidin qərb tərəfində, gözdən uzaq yerdə qazdılar. Amma camaat razı olmadı. Sovetlər dövründə qazıntında iştirak edib, xanın sümüklərini tapan adamlardan sağ qalanlar vardı. Onlar tələb etdilər ki, sümükləri haradan götürmüşüksə, orada da dəfn etməliyik. Xanın tabutunu “Səbiskar” qəbiristanlığından Şah Abbas məscidinədək, təxminən 4 km yolu insanlar çiyinlərindən yerə qoymadan piyada gətirirlər. Əhalinin təzyiqiylə Cavad xan üçün yenidən elə öz məzarında yer qazıldı, ordaca dəfn edildi.
Paylaşdı: Zaur Əliyev-siyasi elmlər üzrə fəlsəfə doktoru, dossent Turanxeber.az Güllər MirXubyar qızı