Məhşur kikboksçu, “Mauqli” ləqəbli Zabit Səmədov Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə bir araya gəlib.
Zabit Səmədov İnstaqramda prezident Nikolas Maduro ilə fotosunu paylaşıb.
“Sizi görməyimə şad oldum, cənab prezident”, – deyə qeyd edib.
Xatırladaq ki, prezident Nikolas Maduro Türkiyənin ATV kanalında yayımlanan “Kuruluş Osman” serialının çəkiliş qrupunu Venesuelaya dəvət edib. Zabit Səmədov serialda “Gəncəbəy” obrazını canlandırır.
Turanxeber.az