Ağ rəngli idman ayaqqabılarını tərtəmiz etməyin yolları

Cəmiyyət

Ağ rəngli  idman ayaqqabıları az qala hər geyimə xüsusi gözəllik qatır. Ancaq təmizləmək baxımından elə də cəzbedici deyil.

Turanxeber.az həmişə dəbdə olan ağ rəngli idman ayaqqabılarını təmizləməkdə sizə kömək edəcək.

Geymək zövqlü olsa da,  təmiz saxlamaq xeyli çətindir. Nə qədər ehtiyatla yerisəniz də mütləq batacaq. Aşağıdakı üsullarla ayaqqabınız aldığınız gündəki qədər ağappaq görsənəcək.

Bağlarını çıxardın

Təmizləməyə başlamazdan əvvəl bağlarını və içliyini çıxardın.  İpləri üçün isti su ilə dolu bir qab və yuyucu toz lazım olacaq. Çox çirklidirsə ağardıcı vasitələrdən istifadə edə bilərsiz.  İçliyi isə əllə yuya və ya dəyişdirə bilərsiniz. Əgər ayaqqabı dözümlüdürsə, sərtdirsə tozunu alıb paltaryuyan maşına da atabilərsiniz.  İncə ayaqqabınız varsa  əllə təmizləmək daha yaxşı olacaq. Ləkəli hissələrə yuyucu toz çəkib paltar torbasında paltaryuyan maşına atın. İlıq və ya isti su ilə  və normal seçimdə yuyun. Quruducuya atmaq olmaz.

Sirkə ilə təmizləyin

Ağ ayaqqabınızı əlinizdə təmizləyəcəksinizsə,  ağ sirkəni bir stəkan ilıq su ilə qarışdırın. Tük buraxmayan mikrofiber bez  ilə ağ ayaqqabılarınızı yaxşıca təmizləyin. Təmizlədikdən sonra suyunu silib günəşdə qurudun.

Torpaq necə təmizlənər?

Əgər ayaqqabınız torpaqlıdırsa diş fırçasından istifadə edin. Torpağı təmizləmək üçün ayaqqabı və ya quru  diş fırçasından istifadə edin.

Təmizləyici vasitəni özünüz hazırlaya da bilərsiz

Kiçik bir qabda bir xörək qaşığı qabartma tozu (soda), sirkə, ilıq suyu  hidrogen-peroksidə qarışdıraraq məcun hazırlayın. Qabartma tozu torpağı yumşaldaraq aşınmasına kömək edəcək.   Hidrogen peroksid isə  ləkəli hissələri ağardacaq.

 

Torpağı fırçalayın

Köhnə diş fırçasını və ya kiçik bir sərt fırçanı sodalı qarışığa batırın və ayaqabının rəngli hissələrinə sürtün. Mikrofiber bezi təmiz suya batıraraq durulayın. Bezlə qurudun.

Aseton ilə təmizləmə


Plastik və ağ döşəmələrdəki ləkələr üçün ən təsirli üsullardan olan asetonla ancaq ayaqqabının döşəməyə dəyən hissəsini təmizləyə bilərsiz. Asetondan süet və nubuk ayaqqabıları da təmizləməyin.  Çünki aseton parça ayaqqabıya zərər verə bilər.

Diş pastası ilə təmizləmə

Diş fırçasına bir az diş pastası sıxaraq ləkələrin olduğu yerə sürtün. Məcunu dairəvi hərəkətlərlə ayaqqabıya tam yedizdirin.Təmizləmə  prosesi bitdikdən sonra nəmli bir bezin  köməyi ilə məcunu silərək günəş işığında 3-4 saat qurumağa qoyun.

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.