Kəlbəcər ərazisində yerləşən orta əsrlərə aid qədim Alban məbədi olan Xudavəng monastırına erməni zəvvarların ziyarətlərinin təşkilinə Azərbaycan qadağa qoyub.
Zəvvarların ziyarətlərinə qoyulan qadağalarla yanaşı Azərbaycan tərəfi Xudavəng monastırının erməni ruhanilərinin Bakıdakı Rus Pravoslav Kilsəsinin yeparxiyasının nümayəndələri ilə əvəz etməyə hazırlaşır.
Azərbaycan tərəfinin bu addımları Qarabağdakı erməni yeparxiyasının nümayəndələrinin təşvişinə səbəb olub.
Hazırda Qarabağ erməniləri yeparxiyasının nümayəndələri bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri və Rus pravoslav kilsəsinə kömək üçün müraciət edib. Turanxeber.az