DƏHŞƏT: Oğlunu çayda batırmaq üçün çantada daşımasının ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI – FOTO/VİDEO

Kriminal

Rusiyada suda cəsədi tapılan yeddi yaşlı uşağın atası tərəfindən çantada daşınmasının görüntüləri yayılıb. Kadrlarda kişinin əvvəlcə bellə çıxdığı görünür. Ehtimal ki, onu haradasa basdırmaq istəyib, ancaq sonra fikrindən daşınıb – oğlunun cəsi olduğu çantaya daşlar qoyub və çaya atıb.

Yeddi yaşlı İlyanın cəsədi bir neçə gün sonra balıqçılar tərəfindən tapılıb. Uşağın bədənində işgəncə izləri olub. Müayinə zamanı uşağın iki qabırğasının sındığı aydın olub, həmçinin bədənində çoxlu sayda hematomalar, qançırlar, sınıqlar və siqaret yanığının izləri tapılıb. Bundan başqa ona qarşı seksual xarakterli hərəkətlərin ola biləcəyi düşünülür. Bu ekspertizadan sonra bəlli olacaq.

Kişi onun atası olması faktını inkar edir, bildirir ki, anası ilə evlənəndə sadəcə adı üstünə götürüb. Uşağı naqillə döyməsini təsdiqləyir (İlyanın tez-tez oğurluq etdiyini iddia edir), cinsi zorakılıq faktını isə inkar edir./milli.az

Turanxeber.az
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.