Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixracını bərpa etmək üçün Rusiya Hərbi Dəniz Qüvvələrinin limanlardan çıxarılmasında israr edir və ticarət karvanlarına təcavüz edilməyəcəyinə dair təminat verilməsini tələb edir.
Ukraynanın BMT -dəki daimi nümayəndəsi Serhiy Kislitsa bildirib.
Onun fikrincə, ilk addımı Rusiya tərəfi atmalıdır.
Qeyd edək ki, Ukraynadakı müharibə və anti-Rusiya sanksiyaları taxıl tədarükünün pozulmasına səbəb olub.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna öz limanlarını minalardan təmizləyərsə, Rusiya Ukrayna taxılını daşıyan gəmilərin maneəsiz keçidinə zəmanət verir. O, həmçinin Rusiyanın nəzarətində olan Berdyansk və Mariupol vasitəsilə taxıl ixracını təklif edib. Dövlət başçısının sözlərinə görə, Kiyev Belarus vasitəsilə taxıl ixrac edə bilər, lakin bu halda ondan sanksiyalar götürülməli olacaq. Öz növbəsində Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun ölkəsi taxılın Ukraynadan çıxarılmasına kömək etməyə hazırdır. Buna cavab olaraq Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi respublika ərazisindən taxıl ixrac etməyə hazır deyil. Turanxeber.az