İsraildən sığınacaq istəyən iranlı jurnalist Neda Amin deportasiya ediləcək.
Turanxeber.az xəbər verir ki, bu barədə İsrailin daxili işlər naziri Ayelet Şaked əmr imzalayıb.
Sərəncam Baş Təhlükəsizlik Xidmətinin güclü tövsiyəsinə əsaslanır. Bildirilir ki, İsraildə olan Amin təhlükəsizlik xidmətlərinin sərt tövsiyələrinə əməl etməyərək İran kəşfiyyatının nümayəndələri ilə əlaqə saxlayıb.
Aminin işinə baxan bütün digər strukturlar ona qaçqın statusunun verilməsini tövsiyə ediblər.
Neda Amin 2014-cü ildə ölüm cəzası ilə hədələndiyi üçün İrandan Türkiyəyə qaçıb. O, son illərdə İsrailin “Times of Israel” nəşrinin saytında fars dilində köşə yazıları yazıb.