Çox pərişanam bu hala,Nə oldu Azərbaycana???

Mədəniyyət

Çox pərişanam bu hala, Nə oldu Azərbaycana???

Hardadır millət deyən???
Hardadır Xalq düşünən???
Öz dərdini unudub, Yalnız Xalqı düşünən???
Şairlər yazır lakin Şairə hörmətmi var?
Sahil Babayev kimi Çünki nazirləri var.
Birlik günüdür bu gün Xatakar Şairimiz,
Xalqın dərdini yazıb Yardım etməliyik biz!!!
Öncədən deyim ki, bil, Səndən qəlbim inciyib.
Şairlikdə mən sənə İnan tay tanımıram,
Yaz ki, millət oyansın, Qəfləti yuxusundan!!!
Şəhid olan oğullar Torpaqlar azad edib!!!
Səid Abdullayevsə Qəfil güllədən deyil,
Allah verən ömrünə, Bezib, intihar edib.
Necə qıyıblar ona? Doğrusu heç bilmirəm,
Bircə şeyi bilirəm Səid intihar edib.
Ruhuna hörmət ilə, Yazıram ki,
biləsiz, Şamaxılı balası, Bezib intihar edib…

Dərin kədərlə, Şəhla Yaşar (Qəmbərova) 05. 06. 2022 ci il. Bakı şəhəri.

Qərib bir məzarda yatan Şəhidim!
Şəhidlər məzarı qarşısında mən,
Baş əydim, qəlbimdə min bir yarayla.
Ruhunu oxşayıb qərib məzarın,
Səs saldım gecəyə ahla fəğanla.
Qərib bir məzarda yatan Şəhidim,
De mənə qəlbindən keçənləri sən.
Qərib bir məzarda yatan Şəhidim,
Qaldımı qəlbində son arzu, istək?
Sən getdin qəlbində Vətən eşqiylə,
Sözsüz ki, ucaldın gözlərimdə Sən.
Həsrətlə həyata baxmağa dəyməz,
Deyəsən 45-i haqlamışam mən!
Qərib bir məzarda yatan Şəhidim,
Unutmaz bu Vətən, bu ellər Səni.
Səndən xatirə qalan bir nəğmə,
Demə sevgimizi yaşatmaq üçün,
Hədiyyə olundu ömürlük mənə...
Turanxeber.az


27.12.2020 ci il Bakı şəhəri.
Qızıl Qələm media mükafatı laureatı Şəhla Yaşar (Qəmbərova)

Qarabağ Azərbaycandır!
(müharibə iştirakçılarına ithaf olunub)
Müharibə başladı, Bircə ayda qocaldım,
Məni yaşadan ancaq , Bacımın əziz oğlu,
Nişanlı balasının Iliq xoş səsi idi.
Şux səsiylə arada, Zəng edərək deyirdi:
Necəsən əziz xalam? Deyirdim gözəl balam,
Muğayat ol canından!
Allahıma əmanət Eyləmişəm mən səni,
Müharibə bitincə, Sevindir sən də məni!
Keçdi günlər, həftələr, Gözlədim ümid ilə,
Bəlkə yenə zəng edər!!!
Hər kəsdən xəbər aldım,
Dedilər gözlə gələr,
Hər zaman bilginən ki, Ənson ümidlər ölər.
Nəhayət bir gün yenə, Zəng edərək söylədi:
– Şuşa alındı artıq!
Alınacaq inşəAllah Bölgələr qarış-qarış!!!
Eşidib bu sözləri, Ruhum eylədi pərvaz,
Dedim ki, əziz balam: – Allaha əmanətsən,
Dönərsən sağ salamat!!!
Aylar keçdi gəlmədi, Heç üzümdə gülmədi,
Dörd divar arasında Qəlbim qübar eylədi.
Hər qapı döyüntüsü, Düşündürürdü məni.
Gözlərim yolda qaldı, Hər gələndən soruşdum,
Xəbər verən olmadı.
Şəhid siyahısında Axtardın onun adın,
Bilirdim uca tutub Vətənimizin adın!!!
Bir ay öncə zəng gəldi, Üçünürdu bədənim,
Düşünürdüm xəbərdən, Dayanacaq ürəyim!
Durdu nitqim, lal oldu, Salam söyləyən dilim,
Beynimdə min bir fikir, Sanki durdu ürəyim.
Səs gəldi telefondan,
Məhərrəmim gül balam Xala qurban boyuna,
Çox sevincli səs ilə, O, beləcə deyirdi,
Düşmənləri məhv edib, Zəfər qazanmışıq biz!
Bircə anda hiss etdim, Onun bu şux səsindən,
Gözlərim yaşla dolub, Heç özüm də bilmədən.
Məhərrəmim gül balam Telefonda deyirdi:
– Bilirəm ki, ağlayıb,
Hey dua edirsən sən Zəng etdim ki, biləsən,
Sağ və salamatam mən, Artıq bitib davamız,
İnşəAllah çox yaxında Geri dönəcəyəm mən.
Ağlama, əziz xalam, Gülsün sənində üzün!!!
Eşidib onun şux səsin, Şükr etdim Tanrıma,
Dedim ey Rəbbim mənim Çatmışam muradıma!
Sevincimdən bir anlıq, Qibtə etdim Bacıma.
Bacım Qazi anası, Əllərindən öpürəm,
Mərd evladı var onun, Daima gülsün üzü!
Vətənə sadiq və mərd, Evlad verən Analar,
Şəhidlik zirvəsində, Ucalanda adları,
Məğrur baxışlarıyla Vətən sağ olsun deyən
Qəlbi qubar analar Şəhla Yaşardır adım,
Qarşınızda baş əyib Tənzim edib ürəkdən,
Uzun ömür diləyib, Sizə qibtə edirəm!
Qızıl Qələm Media Mükafatı laureatı Şəhla Yaşar qızı Qəmbərova 14.02.2021ci il Bakı Şəhəri
Var cəfası sevgimizin.
Sığal çəkər incə belə,
Çiçək düzər qara telə.
Bahar ətri qoxsa belə,
İnanma sən ay sevdiyim
Var cəfası sevgimizin…
Qəlbim səni duysa belə,
Xoş sözünə uysa belə,
Fitnə fəsad olsan belə,
İnanmağa sən də çalış,
Var cəfası sevgimizin..
. Gəz sən Eli qarış-qarış,
Sevmir səni artıq-barış.
Ayrılıqla sən də barış!
İnanmağa səndə çalış,
Var cəfası sevgimizin..
. Yollar yonca olsa belə,
Çələng hörsə qara zülfə,
Şəkər qatsa acı dilə,
İnanmağa sən də çalış,
Var cəfası sevgimizin..
. Duysan nifrət dönüb selə,
Şəhla Yaşar ölsə belə.
Qara geyin, dinmə yenə,
İnanmağa sən də çalış,
Var səfası sevgimizin..
. 12. 12. 2021 Bakı şəhəri.
Sevgilərlə, sizin Şəhla Yaşar (Qəmbərova) Qızıl Qələm media mükafatı laureatı

Günahım boynunda, sevərsən sən də..
. Eh sənə nə var ki, söz diyarındır,
Nəğməsi yarımçıq qalan mən oldum,
Getdi işvələrim, getdi nazlarım,
Qurumuş səhraya dönən mən oldum!!!
Üşüyür qəlbimdə olan yerində,
Soyuq qış gecəsi yenə mən oldum.
Tənhalıq boğacaq səni də bir gün,
Sevsəm də, sevgisiz qalan mən oldum!!!
Ömrümü yazmağa misralar yetməz,
Sevərək ayrılan yenə mən oldum!
Hər gecə yuxunda çəkərsən ərşə
Günahım boynunda, sevərsən sən də !!!
Sevin bu Vətəni sizdə mənim kimi,
İgid ərənləri ölənlər kimi… Unudun atanı,
uşaqlarınızı, Yazın həqiqəti Sizdə mənim kimi!!!
Mən Şəhla Yaşaram unutmayın Siz,
Tarixdə yaşaram cəsur qız kimi!!!
Elim Azərbaycan, Vətənim mənim,
Qəriblik yaşamaq şan şöhrət deyil!!!
Bəxtiyar yaşayıb,
xoşbəxt olmaqda Mənə yazılıdır Tanrıdan bilin!!!
22.12.2021 ci il Bakı şəhəri.
Sevgilərlə, Şəhla Yaşar (Qəmbərova), “Qızıl Qələm” media mükafatı laureatı Şəhla Yaşar qızı
.

OVUTMUR MƏNİ.
Sənli günlərimə yadırğamışam,
Xəyalların belə ovutmur məni.
Olub keçənlərin günahkarıyam,
Həsrətli vüsalda ovutmur məni!!!
Günləri sayıram, ötür illərim,
Ürəyim həsrətlə döyünür mənim.
Xəyalarım dönüb coşan.

 TURANXEBER.AZ  BAKI

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir