Bu ölkələr NATO-ya müraciət etməyə qərarı verəndə Putin demişdi ki, bu “Rusiya üçün təhdid deyil”.

Siyasət
Finlandiya və İsveçin NATO-ya üzv olması barədə müraciətin hazırlanmasına Rusiyanın reaksiyası yadınızdadır?
-“Hərbi-texniki tədbirlər görüləcək” cavabı verilmişdir.
⬇️
Bu ölkələr NATO-ya müraciət etməyə qərarı verəndə Putin demişdi ki, bu “Rusiya üçün təhdid deyil”.
Qərbin Ukraynaya reaktiv yaylım atəş sistemləri verilməsi məsələsi müzakirə ediləndə Putin demişdi ki, bu halda nüvə zərbəsi ehtimalı artacaq.
⬇️
Hal-hazırda ABŞ Ukraynaya müasir reaktiv yaylım atəş sistemləri göndərib. HİMARS M142.
Putin buna nə cavab verib(bu gün)?
-“Burada yenilik yoxdur, ABŞ reaktiv yaylım atəş sistemlər Rusiyanın sistemlərinin analoqlarıdır-Smerç, Qrad Uraqan. Ukraynanın onsuzda reaktiv yaylım atəş sistemləri var idi”.
Putinin Smerç, Qrad və Uraqanı HİMARS M142 ilə müqayisə etməsi də ayrı bir komediadır. Putinin blefi isə artıq bütün dünyada gülüş obyektinə çevrilib.
HİMARS sistemləri müharibəyə çox güclü təsir edəcək silahdır. Ukrayna SQ arxada yerləşən Rusiya artilleriyasını darmadağın edə biləcək, loqistik zəncirləri qıra biləcək.
İlk olaraq 4 sistem göndərilib, qısa zaman ərzində əlavə sistemlər göndəriləcək. HİMARS reaktiv yaylım atəş sistemi öz növündə “snayper” sayılır, fantastik dəqiqlik və dağıdıcı güclə fərqlənən silahdır.  Turanxeber.az
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir