Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gülün qızı boşanandan sonra illərdir ki, atasınîn yaşadığı və “kürəkənimindir” dediyi milyonluq villa və şirkət Gülün oğluna verilib.
Gundem.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyin milyonluq villasını və şirkətini bir anda Gülün oğluna təhvil verməsi hər kəsdə suallar yaradıb.
Bildirilir ki, cütlük boşandıqdan sonra bəy Mehmet Sarımermer martın 31-də “Mesar Gayrimenkul ve Yatırım” şirkətini Abdullah Gülün oğlu Ahmet Münir Gülə təhvil verib. Gül ailəsinin yaşadığı Beykozdakı villa da bu şirkətə məxsus olub. Bu transfer prosesi ilə villa Gül ailəsində qalıb.
Kübra-Mehmet Sarımermer cütlüyü boşandıqdan sonra bəy özünün “Mesar Gayrimenkul ve Yatırım” şirkətini isə baldızının adına keçirib. Bununla bağlı məlumat 31 mart tarixində Ticarət Reyestrinin Qəzetində dərc olunub.
Mehmet Sarımermerin qaynı Ahmet Münir Gülə təhvil verdiyi “Mesar Gayrimenkul ve Yatırım” şirkətində qeydiyyatda olan Beykozdakı villa torpaq reyestrində “tripleks iqamətgah” kimi qeyd olunub. 103 min kvadratmetr sahədə 28 villanın yerləşdiyi və helikopter meydançasının da olduğu yerdə cəmi 2 boğaz mənzərəli villa var. Gül ailəsinin iki villadan birində yaşadığı deyilir.
Evin 8 min kvadratmetrlik bağı olduğu bildirilir. Bundan əlavə, iqamətgahın ətrafı təmirlə bağlanıb və əraziyə kənarından xüsusi giriş yeri düzəldilib.
Abdullah Gülün 13 milyon dollara alınan 4,5 mərtəbəli iqamətgahının yerləşdiyi yerdəki 650 kvadratmetrlik iki mərtəbəli 6 otaqlı villanın dəyəri 89 milyon TL-dir. Abdullah Gülün iqamətgahının indiki dəyərinin 40 milyon dollardan çox olduğu təxmin edilir.
Qeyd edək ki, Abdullah Gül 2013-cü ildə 13 milyon dollara aldığı villa ilə bağlı açıqlama verərək “Mənim deyil, kürəkənimindir” demişdi. O zaman Abdullah Gülün dəbdəbəli villasını necə alması barədə ictimaiyyətə açıqlama verməməsini insanlar onun bunu izah edə bilməməsilə əlaqələndiriblər.
Turanxeber.az