Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Turanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, üç futbolçu – Xəyal Fərzullayev (“Sumqayıt”), Qurban Səfərov (“Şamaxı”) və Elcan Əbilov (“Neftçi”) nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb. “Qəbələ” klubunun üzvü – qapıçı Məmməd Muradov heyətə cəlb olunub.
Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.