Zakir Qaralov və şirkəti hədəfdə

ölkə

Tərtər qətliamının əsas icraçılarından biri, “Akkord Şirkətlər Qrupu” nun sahibi sabiq Baş Prokuror Zakir Qaralovun başının üstünü qara buludlar almaqdadır. Bu yaxınlarda Nərimanov rayon məhkəmsi, “Akkord” şirkətini Azərbaycan Respublikasının qanunlarının 490.2 ci maddəsini pozmaqla ittiham edilmişdir. Buna səbəb şirkət rəhbərliyinin gömrük qaydalarını kobud şəkildə pozması olmuşdur.

Şirkət ümumi dəyəri iki milyon manata yaxın cərimələnsə də, hələlik rəhbərlik tərəfindən dövlətə heç bir vəsait ödənilməmişdir.
Aldığımız xəbərə görə yaxın zamanda şirkət bu vəsaiti ödəməsə, “Akkord Şirkətlərinin” əmlakları müsadirə edilə bilər.
Məsələ ilə bağlı sabiq Prokuror və “Akkord Şirkətlər Qrupu”nun nümayəndəliyi açıqlama vermək istəmir.

Bu problemin yaranmasının bəziləri siyasi məslə olduğunu da qeyd edir. Bilirik ki, Zakir Qaralov işlədiyi müddətdə Azərbaycan məhkəmə strukturu böyük rüşvətxanaya çevrilmişdir. Ümumiyyətlə, ölkədə heç bir məhkəmə sisteminin olmadığını da bilirik.

Bu gün Zakir Qaralovun adının və şirkətinin hallanması çox müəmmalıdır. Ola bilər, İlham Əliyev əvvəlki məmurlar kimi sabiq prokuroru da hədəf seçsin. Ən azından “Tərtər – 1767” çinayət isinə görə cavab verməlidir. Ola bilsin, hakimiyyət inşaatçıları məhkəmə verməklə, sabiq prokurora da öz ismarıcını vermək istəyir. İnanırıq ki, İlham Əliyev yaxın zamanda Zakir Qaralov və onun kimilərini qanun qarşısında cavab verməyə məcbur edəcəkdir. Bu, sadəcə ümid doğuran məsələdir.

Rəşad Şixəliyev.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir