İstanbulda azərbaycanlı qadın güllələndi

Kriminal

İstanbulun Avcılar rayonunda Hüsniyyə Bayramova adlı azərbaycanlı qadın silahlı hücuma məruz qalıb.

Turanxeber.az xəbər ki, məlumatı “Milliyet” yayıb.

Bildirilir ki, naməlum şəxs Azərbaycan vətəndaşı olan Hüsniyyə Bayramovaya tapança ilə atəş açaraq onu ayağından yaralayıb.

Sol diz qapağından yaralanan Bayramova təcili yardımla Bakırköydə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı Bayramovanın yanında olan qadın isə ifadə vermək üçün polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir