Meymunçiçəyi virusu Türkiyəyə çatdı: 3 nəfər təcili xəstəxanaya yerləşdirildi

Səhiyyə

Türkiyədə 3 nəfər meymunçiçəyi virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

 Sultanqazi Həbiblər küçəsində yerləşən aptekə gələn 2 əcnəbi vətəndaş əllərindəki yaraları göstərərək dərman istəyib. Əczaçı yaraların meymunçiçəyi ola biləcəyindən şübhələnib və səlahiyyətlilərə məlumat verib. Sözügedən şəxslər aptekdən krem alaraq çıxsa da, polis və sağlamlıq qrupları onları və yanlarındakı bir nəfəri küçədə saxlayıb. 3 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və müayinədən keçirilib.

Yaraların səbəbi araşdırılarkən, bu qabarcıqların suçiçəyi səbəbiylə meydana çıxma ehtimalı da dəyərləndirilib. Bu barədə açıqlama verən əczaçı Esra Koca, “Dünən 2 əfqan gəldi, əllərini göstərdilər, üzərində yumru toxumlara bənzəyən yaralar var idi. Onların şəklini çəkdim, həkimə göndərdim. Biz xəstəliyin meymunçiçəyi ola biləcəyindən şübhələndik, çünki əlamətlər çox bənzəyirdi. Onlar getdikdən sonra hər yeri dezinfeksiya etdim”, – deyə söyləyib.

Həmin 3 nəfərdə meymunçiçəyinin olub-olmaması ilə bağlı testin nəticələri hələlik açıqlanmayıb.(sfera.az)

Turanxeber.az
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.