Ermənistanı kim qarışdırır? – “Moskva narahatdır“

Dünya

“Əvvəla, onu deyim ki, Ermənistandakı hadisələrin hədsiz dərəcədə gərginləşməsinin əsas fundamental səbəbi 22 may tarixindəki Brüssel görüşünün nəticələri ilə bağlıdır”.

Turanxeber.az

Politoloq ötən gün Ermənistanda baş verən etiraz aksiyalarından söz açıb.

Xatırladaq ki, dünən İrəvanda baş tutan aksiyalarda 60 nəfər xəsarət alıb, onlardan 39-u hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Öz növbəsində C.Əhmədli vurğulayıb:

“Ümumiyyətlə, Ermənistan müxalifətinin 10 noyabr üçtərəfli bəyanatından bu yana olan fəaliyyətinə nəzər salsaq, görərik ki, Qərbin vasitəçiliyi nə vaxt ön plana çıxırsa, revanşist siyasi dairələr və müxalifət həmin vaxt küçələrə axışaraq müxtəlif aksiyalar təşkil edir, hətta bəzi hallarda təxribatlara yol verirlər. Həmçinin, ötən müddət ərzində Qərbin vasitəçilik missiyasının ön plana çıxdığı vaxtlarda biz sərhəddə və eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağın dağlıq hissəsində müxtəlif təxribatçı addımların şahidi olmuşuq. Yəni Ermənistan müxalifətinin belə fəallaşması və Ermənistanda mitinqlərin geniş vüsət alması bir başa 22 may Brüssel görüşü ilə əlaqəlidir.

Xatırlatmaq istərdim ki, 7 aprel tarixində keçirilən Brüssel danışıqlarından sonra da Ermənistanda analoji vəziyyət hökm sürürdü. Həmin vaxt da Ermənistanda “Qarabağ klanı” və digər revanşist dairələr etiraz aksiyaları təşkil edirdilər”.

Siyasi analitik əlavə edib:

“Onu da vurğulamaq lazımdır ki, sonuncu Brüssel görüşü çox effektiv nəticələr doğurdu. Gələcəkdə sərhədlərin təyin olunması və yekun sülh sazişinin imzalanması baxımından bu, çox mühüm bir məsələdir.

Bildiyiniz kimi, ilk dəfə sərhədlərin təyin olunması təklifi 26 noyabr 2021 Soçi görüşündən sonra Rusiyadan gəlmişdi, amma elə oldu ki, erməni təxribatları buna imkan vermədi və dekabrın sonuna kimi bu proses məntiqi sonluqla yekunlaşmadı. Biz Rusiyanın bu yöndə nəticəyönümlü fəaliyyət göstərmədiyinin də şahidi olduq. İlk təşəbbüs onlardan gəlsə də, Rusiya bu missiyanı yerinə yetirə bilmədi. Məhz sərhəd komissiyalarının icrası ilə bağlı Qərbin daha effektiv iş aparması təbii olaraq Moskvada narahatlıqla qarşılandı. Ona görə də, mən hesab edirəm ki, 7 aprel və 22 may Brüssel görüşlərindən sonra müxalifətin bu cür fəallaşmasına səbəb Rusiyadakı bəlli siyasi dairələrin direktivləri və göstərişləri əsasında baş verə bilər, bu da istisna deyil”.

Rafi MÜSLÜMOV 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.