107 yaşlı Hilal İbrahimov hazırda Bakı şəhərinin Sabunçu rayonunda yaşayır. 1941-ci ildə könüllü olaraq müharibəyə gedən Hilal İbrahimovun döyüş yolu Berlinə, daha sonra isə Yaponiyaya qədər davam edib. O, göstərdiyi şücaətə görə bir sıra mükafatlara layiq görülüb.
Müharibədən sonra H.İbrahimov təhsilini davam etdirərək, Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub.
Onun 8 qızı, 2 oğlu dünyaya gəlib, 22 nəvəsi və 18 nəticəsi var. İbrahimov, həmçinin ölkəmizin sağ qalan İkinci Dünya Müharibəsi iştirakçıları arasında ən yaşlısıdır.
2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edib.
Turanxeber.az Bakı