Ermənistan müxalifəti hökumətin binasını blokladı

Dünya

Ermənistan müxalifəti hökumət binasını bloklayıb.

Etirazçılar “Fransa” meydanında mitinq keçirdikdən sonra hökumət binasına doğru gediblər.

Mitinq zamanı “Müqavimət” hərəkatının liderlərindən olan İşxan Saqatelyan müxalifətin Sayat-Nova və Nalbandyan küçələrindən keçərək hökumət binasına doğru hərəkət etdiyini açıqlayıb.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov polisin etirazçılara qarşı hərəkətlərinin qəbuledilməzliyindən danışır. O həmçinin bildirib ki, erməni müxalifəti hazırkı məqamda Azərbaycanla müharibə istəmir.

Xaçaturov “Qarabağ Azərbaycanın tərkibində olmayacaq” ifadəsindən yayınan nazirlərin mövqeyini tənqid edib. “Başa düşürəm ki, onlar qətiyyətlə “Qarabağ Azərbaycanın bir hissəsi olmasın” deyə bilmirlər. Amma heç olmasa desinlər ki, bunu istəmirlər”.Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir