Ağdamın işğaldan azad olunmuş Qərvənd kəndində yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar olunub.
Turanxeber.az xəbər verir ki, bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən 1 hektar sahədə bitmiş 1 ton 3 kiloqram (1503 ədəd) çətənə kolu toplanaraq məhv edilib.
