Etiraz edən qazilər nazirlik binasının qapısını qırdı – Video

ölkə

Xəbər verdiyimiz kimi, bu gün bir qrup Qarabağ qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.

Əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından narazılıqlarını ifadə ediblər.

Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, nazirlik əməkdaşları binanın qapılarını bağlayıblar və onları qəbul etməyiblər. Bu zaman isə aksiya iştirakçıları nazirlik binasının şüşə qapısını sındıraraq içəri daxil olublar.

Videolardan görünür ki, nazirliyin mühafizə xidməti, polislər qazilərlə nəzakətlə davranıblar və hətta polis əməkdaşlarından biri etirazçını qucaqlayıb.

Görüntüləri təqdim edirik:

Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir