“Rusiya 200 min uşağı Ukraynadan öz ərazisinə deportasiya edib” – Zelenski

Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski Moskvanı ukraynalıların davamlı şəkildə məcburi deportasiyası siyasəti yürütməkdə ittiham edib.

CNN-in xəbərinə görə, Zelenski bildirib ki, müharibə başlayandan Rusiya 200 min uşağı Ukraynadan öz ərazisinə deportasiya edib.Əlavə edib ki, bunlar körpələr evində olan, valideynlərini itirmiş və ya valideynlərindən uzaq düşmüş uşaqlardır.

Zelenski qeyd edib ki, Moskva deportasiya etdiyi ukraynalıları Rusiyanın ucqar bölgələrində məskunlaşdıraraq onlara Ukrayna ilə əlaqələrini unutdurmağa çalışır.

Ukrayna Prezidenti bildirib ki, müharibə başlayandan Ukraynada 243 uşaq qətlə yetirilib, 446 uşaq yara

anıb, daha 139 uşaq isə itkin düşüb.  Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir