“Türkiyə İsveç və Finlandiyadan 33 terrorçunun ekstradisiyasını tələb etdib”.
Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətləri ilə bağlı açıqlama verən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
“Türkiyə Finlandiyadan 6 PKK və 6 FETÖ terrorçusunun ekstradisiyasını tələb edib. İsveçdən isə 10-u FETÖ, 11-i PKK-çı olmaqla 21 terrorçunun Ankaraya təhvil verilməsini istəyib”, – nazir bildirib.
Bozdağın sözlərinə görə, Türkiyənin tələblərini çatdırmasına baxmayaraq, indiyədək hər iki ölkə buna müsbət cavab vermə
“Üstəlik, İsveçdə polisin nəzarəti altında müqəddəs kitabımız Quran təhqir olunur, PKK və FETÖ-çülər, digər terror təşkilatları hər cür terror aktları törədirlər. İsveç rəsmiləri bu terror təşkilatlarının üzvləri ilə rəsmi ofislərində görüşlər də keçirə bilirlər. Onlar sanki terror təşkilatlarını qoruyan və onlara nəzarət edən inkubasiya yuvasına bənzəyirlər. Terrorçulara məhdudiyyətsiz hər cür dəstəyi verirlər.
İndi NATO-ya üzv olmaq istəyən bu iki ölkə Türkiyəyə qarşı mənfi münasibətini dəyişməlidir. Açıq şəkildə onlardan terrorçulara dəstəyi kəsib bunu rəsmiləşdirmələrini istəmişik. Amma heç bir müraciətimizə müsbət cavab verməyiblər. Hazırda görünən budur ki, vermək istəmirlər”. Turanxeber.az