Rusiya Ukraynanın 20 faiz ərazisini işğal edib – Zelenski açıqladı

Dünya

“Rusiya hazırda Ukrayna ərazisinin təxminən 20%-ni işğal edib. 2 603 yaşayış məntəqəsini düşməndən azad etmək lazımdır”.

Ukrayna prezidenti Vladimir Zelenski Lüksemburq parlamentində onlayn çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, 2014-cü ilin yazından 2022-ci il fevralın 24-dək olan müddətdə Ukrayna 14 mindən çox itki verib. 1,5 milyondan çox insan məcburi köçkünə çevrilib. Və rus ordusu 43 min kvadrat kilometrdən çox Ukrayna ərazisinə nəzarət edir.

Prezident bildirib ki, əksər Avropa ölkələri üçün belə bir müharibə miqyası çox böyük olardı: “Lakin fevralın 24-də Rusiya göstərdi ki, onun üçün bu, heç də miqyaslı deyil. Bu, onun vəhşiliyinin daha böyük olduğunu göstərdi. Rusiya qoşunları Ukraynanın 3620 yaşayış məntəqəsinə daxil olub. Onlardan 117-si artıq azad edilib, daha 2603-ü azad edilməlidir. Bu günə olan məlumata görə, işğalçılar ərazimizin 20%-nə, demək olar ki, 125 000 kvadrat kilometrə nəzarət edirlər”.

Dövlət başçısı əlavə edib ki, təxminən 300 min kvadrat kilometrlik ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib: “Demək olar ki, 12 milyon ukraynalı məcburi köçkünə çevrilib. 5 milyondan çoxu xaricə gedən qadınlar və uşaqlardır”.

 

 

Ukrayna prezidenti bəyan edib ki, Xarkovdan Nikolayevə qədər böyük ərazidə döyüşlər davam edir: “Onların arasındakı xətt təqribən 450 km-dir, amma bütün cəbhə xəttinə baxsanız, bu xətt min kilometrdən çoxdur”. TURANXEBER AZ

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir