Uşaqların xoşbəxt olması üçün yetərincə işlər görürükmü?
Uşaq hüquqları haqqında qanunlarımız var, beynəlxalq konvensiyalara qosulmusuq. Hər rayon və şəhərlərdə uşaq meydançaları tikirik. Bu təqdirəlayiqdir. Lakin, boşanmaların sayının artdığı dönəmdə beynəlxalq konvensiya Azərbaycan qanunvericiliyi və məhkəmə təcrübəsində daha çox pozulur. Beynəlxalq konvensiyaya görə dövlət valideynləri ayrılan uşaqların minimum yaşayış səviyyəsini təmin etməlidir. Bu dövlətin öhdəliyidir və vətəndaşların boynuna qoyulması hüquqa ziddir. Azərbaycan məhkəmələri isə aliment müəyyən edərkən stabil maaşı olan valideyndən belə Ailə Məcəlləsində nəzərdə tutulmuş gəlirə nisbətlər uşaqlar üçün müəyyən edilmiş minimum həddən aşağı olanda minimum həddə aliment kəsir. Nəticədə məhkəmə qərarları icraedilməz olur, alimentlər gecikir və ya ödənilmir, uşaqların hüquqları pozulur, valideynləri müflis olur, icra məmurları ilə münaqişələr yaşanır, inzibati cəzalar kəsilir, icranın təmin olunması üçün yeni məhkəmə prosesiləri aparılır, icra məmurları izafi yuklənir və sair. Beynəlxalq konvensiyanın mətninə görə isə çatışmayan hissəni dövlət təmin etməli, yəni, müavinət müəyən etməlidir. Müavinət qanununda isə belə növ müavinət nəzərdə tutulmayıb. Başqa sözlə, dövlət öz öhdəliyini ödəniş qabiliyyəti olmayan valideynin üzərinə qoyur. Bu da beynəlxalq hüquqa zidd olmaqla bərabər, qeyd olunan hüquq pozuntularına, ən əsası da uşaqlara mənfi təsir edir. Bu cür icrası mümkün olmayan və ya çətin icra olunan işlərə icra prosesində sərf olunan məsrəflərlə alimentin çatışmayan hissəsini müqayisə etsək, bəlkə də , müavinət yolu daha ucuz görünəcəkdir. Müavinət yolu uşaqların da hüquqlarının daha mükəmməl müdafiəsinə səbəb ola bilərdi.
Turanxeber.az