Ət yeməyən insanlarda bu sağlamlıq problemləri ola bilər

Cəmiyyət

Azərbaycan milli mətbəxi zənginliyi və dadlı təamları ilə tanınır. Həmin yeməklər içərisində isə ət məhsulları xüsusilə əvəzolunmazdır.

Ancaq zaman keçdikcə istehlakçıların damaq dadı, düşüncə tərzi də dəyişir və bunun nəticəsində ondan yeməkdən imtina edənlər olur. Onlar sağlam həyat düşüncəsi ilə əsasən meyvə-tərəvəz, dənli-paxlalı bitkilər və çərəzlərlə qidalanırlar.

AZƏRTAC xəbər verir ki, qida mütəxəssisi Məhsəti Hüseynova deyib: “Ətlə qidalananlar birdən-birə ondan imtina edərsə, bunun orqanizmə zərəri toxuna bilər. Qırmızı ətdən onun faydalarını bilərəkdən istifadə etmək lazımdır. Qırmızı ətdən istifadə zamanı immunitet sistemi həddindən artıq güclü olur, dəri daha elastik və canlı görünür. Eyni zamanda qan azlığı olanların qırmızı ətlə qidalanması faydalıdır”.

 

Onun dediyinə görə, ət yeməyənlərin beyin fəaliyyəti zəifləyir, yaddaşsızlıq və göz zəifliyi problemi yaranır: “Uzun müddət ətdən istifadə edəndən sonra onun tamamilə kəsilməsi müəyyən xəstəliklərin yaranmasına səbəb ola, maddələr mübadiləsinin, həzm sisteminin pozulması, dəridə solğunluq, erkən qocalma, saç və dırnaqlarda qırılmalar şəklində özünü göstərə bilər. Ət qəbulu zamanı miqdarı aşmaq, həddindən çox ət istifadə edilməsi qaraciyər problemlərinə səbəb ola bilər. Şəkərli diabet xəstəliyi, ürək-damar sistemində xəstəliklər olanlar ət istehlakının miqdarını aşarlarsa, onlara zərərli təsir göstərə bilər”.

Həftədə iki-üç dəfə 100-150 qram ətdən, digər günlərdə isə toyuq və balıqdan istifadə edilməsi məsləhətdir. Qida mütəxəssis onu da qeyd edib ki, gənc yaşlarda ətdən çox, 30 yaşdan sonra isə az istifadə olunmalıdır: “Ətdən tamamilə imtina edənlər dəmir tərkibli və vitamin-mineral dəyəri çox olan çuğundurdan istifadə edə bilərlər. Mövsümü ispanaq da dəmir üçün əvəzsiz vasitədir. Saplaqları qırmızı olan ispanaq daha faydalı hesab olunur. Günün birinci yarısı az miqdarda şokolad da qəbul etmək olar”. Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.