İcra başçısından bayrağa hörmətsizlik: Əzib, büküb, şəhid atasına verdi — VİDEO

Hadisə

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, Laçın rayonunda qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində vəfat edən əsgər 2003-cü il təvəllüdlü Məmmədov Mehralı Novruz oğlunun nəşi bu gün Tovuz rayonunda dəfn olunub.

Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov da iştirak edib. 

Turanxeber.az Sitat.info-ya istinadən xəbər verir ki, dəfn mərasimin sonunda Azərbaycan bayrağı şəhid atası Novruz Məmmədova təqdim olunub.

İcra başçısı bayrağı öpərək, şəhid atasına təqdim etməkdənsə, əzir, bükür və şahid atasına uzadır. Şəhid atası isə bayrağı səliqəli formaya salır. İcra başçısı Məmməd Məmmədov dövlət atributlarına sayqı qaydalarını pozduğuna görə sosial şəbəkələrdə tənqid atəşinə tutulub.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.