“BAKIDA QARDAŞLARIMIZLA BİR YERDƏ OLMAQDAN QÜRUR DUYURUQ”.

Dünya
Bu sözləri Bakıda ilk dəfə keçirilən “TEXNOFEST Azərbaycan” festivalının açılış mərasimində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Səlcuq Bayraktar deyib.
“Bizim qardaşlığımız dəfələrlə sınaqdan keçib. İki dövlət olaraq könül bağlarımız daha da güclənib. Azərbaycanda gözəl bir atalar sözü var: “Dost dar gündə tanınar”. Biz hər zaman dar gündə də, şad gündə də bir yerdə olduq”, – deyə Səlcuq Bayraktar bildirib.
“Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı gənclərə nəsihət verərək qeyd edib ki, bu gün ölkələr müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalıdır. Gənclər bu istiqamətdə özlərini təsdiq etdirməli, bilik və bacarıqlarını daim artırmalıdır.
Səlcuq Bayraktar.

Bakı, 26.05.2022

 Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir