Pravoslav kilsəsi dörd əsr sonra yenidən rəsmən parçalandı – ŞOK GƏLİŞMƏ

DIN

Ukrayna Pravoslav Kilsəsi Kirili suçladı, Moskva Patriaxallığından tam müstəqilliyinin elan etdi

Ukrayna Pravoslav Kilsəsinin Moskva Patrialxlığından ayrılaraq, tam müstəqilliyini elan edib. Onlar Pyotr Poroşenkonun prezidentliyi dövründə öz müstəqilliyini elan etmiş Ukrayna Pravoslav Kilsəsinə birləşməyə qərar verib.

Moskva Patriarxlığının tabeliyindəki Ukrayna Pravoslav Kilsəsi tarixinə görə qədim və böyük kilsədir. Ukrayna hökumət mənbələrinə istinadən, bu kilsənin 2018-ci ildə 12 min lokal filialı olub. Moskva Patriarxlığının qolu olan Ukrayna Pravoslav Kilsəsi indiyədək Patriarx Kirilin ruhani hakimiyyətinə tabe idi.

Ukrayna Pravoslav Kilsəsi Şurasının bəyanatda “Rusiya Federasiyasının hakimiyyət orqanlarına və hakimiyyət orqanlarına danışıqlar prosesini davam etdirmək və qan tökülməsini dayandıra biləcək güclü və ağıllı çıxış yolu tapmaqla” bağlı müraciət də var. Şura həmçinin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilin Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı mövqeyini pisləyib.

photo_2022-05-28_12-26-06.jpg (109 KB)

Yada salaq ki, Ukraynanın müstəqil Pravoslav Kilsəsi Moskva Patriarxlığına tabe deyil. İstanbuldakı Pravoslav Kilsəsinin yepiskopu I Varfolomeyin dəstəyi ilə 2018-ci ilin dekabr ayında Kiyevdə təntənəli şura toplanaraq yeni kilsə yaradaraq, I Yepifaniyi həmin kilsəyə lider seçdi. 2019-cu ilin yanvar ayında isə I Varfolomey Ukraynanın Müstəqil Pravoslav Kilsəsini dünya Pravoslav kilsələri kommunasının ayrı, hürr və bərabərhüquqlu üzvü kimi tanıyır. Bəzi ukraynalı pravoslav xristianlar müstəqil kilsə yaratmaq üçün 1921-ci, 1942-ci və 1992-ci ildə cəhdlər ediblər, lakin yaradılan kilsələri beynəlxalq səviyyədə tanıda bilmədilər.

“Bu qərar təzyiq altında verilib”- Ukrayna Radasının keçmiş deputatı Oleq Tsarev belə deyir: “ Ukrayna Təhlükəsizlik Xidməti, Prezident Ofisi çoxdan idi ki, yerli yeparxiyalar nümayəndələr ilə təbliğat işi aparırdı. Belə bir qərarın hazırlandığına dair siqnallar var idi”. Eyni zamanda, o qeyd edib ki, “bu qərar, bütün dünya pravoslavları üçün böyük bədbəxtlikdir”.

photo_2022-05-28_12-25-52.jpg (100 KB)

Ukrayna və Rusiyadakı Pravoslav Xristianlığının təməlləri Böyük Kiyev Knyazlığının bizim eranın 988-ci ilində həmin dini qəbul etməsindən sonra atılıb. Ruslara görə Vladimir, ukraynalıları görə isə adı Volodimir olan knyaz, keçmişdə Bizans İmperiyasının paytaxtı olan Konstantinopoldan gələn missionerlər tərəfindən xristian edilmişdir (vəftiz olunmuşdur). Bundan sonra Kiyev şərqi slavyanların ən mühüm dini mərkəzinə çevrilmişdir.

“Ukrayna Pravoslav Kİlsəsi uzun müddətdir ki, bütün idarəetmə məsələlərində tamamilə müstəqildir. Yeparxiyalar təsis edir, yepiskoplar təyin edir, seminariyalar açır… On il əvvəl də buna heç kim bir söz demirdi, indi də. Biz bu qərala 17-ci əsrə qayıtdlıq” deyə, Zaitsevo kəndindəki Böyük Müqəddəs Bazil kilsəsinin nümayəndəsi Andrey Tkaçov bildirib.

photo_2022-05-28_12-26-11.jpg (68 KB)

Tkaçov o tarixdən danışır ki, 1240-cı ildə, monqol yürüşləri nəticəsində dağıdıldıqdan sonra, Kiyev öz gücünü itirməyə başladı, onun şimal qonşusu Moskva isə həmin zaman yüksəliş dövrünə qədəm qoydu. 1686-cı ildə Moskva Şərqi Ukraynanı və Kiyevi işğal etdi. Elə həmin ildə də, Konstantinopol patriarxı Ukrayna üzərində olan öz dini səlahiyyətlərini Moskva Patriarxlığına ötürdü.

20-ci əsrdə, Ukraynada güclənən milliyətçi hərəkat Ukrayna dövlətinin və kilsəsinin Moskvanın tabelilyindən çıxarılmasını tələb edirdi. Baxmayaraq ki, Ukrayna 1991-ci ildə öz dövlət müstəqilliyini əldə etdi, onun Beynləxlaq Pravoslav kommunası tərəfindən tanınan yeganə kilsəsi Moskova Patriarxlığından asıllı qalmışdı. 2018-ci ildən başlamış parçalanma proses indi tam başa çatdı…/musavat.com

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir