Ramiz Zeynalovu Kamran Əliyev əvəz edəcək?

Cəmiyyət

“Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb. Hər kəsə məlumdur ki, Baş Dövlət Yol Polis İdarəsində qanunsuzluqlar xirtdəyə qədərdir”.

Bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

A.Həmidli qeyd edib ki, hər bir vətəndaş bu sahədəki eybəcərliklərin, qanunsuzluqların hər gün şahidi olur: “Düşünün bu qurumda hər şeyi pulla həll etmək olur. Texniki baxış, sürücülük vəsiqəsi, dövlət nömrə nişanı almaq və s. – hər bir işin öz “xidmət haqqı” var… Hər gün yüzlərlə sürücülük vəsiqəsi satılır. Həyatında heç zaman maşın sürməmiş şəxslər 1200-1400 manat verməklə “prava”ya sahib olurlar.  Maşın nömrələrinin seriyası və rəqəmlərinə görə qiymət dəyişir. Məlumata görə Ramiz Zeynalov yerinə müavini Kamran Əliyevi gətirmək istəyir. Kamran Əliyev gələcəyi təqdirdə dəyişən heç nə olmayacaq. Sistem eyni qalacaq. Yeni kadrlara mütləq ehtiyac var. Əminəm ki, yol polisi sistemində bu işi qaldıracaq yetərincə kadr var”.   Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.