Həmkarlar Konfederasiyasını xaricdə Möhbalıyevin xanımı və qızı təmsil edir… – Səttar Möhbalıyevin 10 milyonluq sərvəti və mülkləri…

ölkə

Səttar Möhbalıyevin 30 illik  epoxası başa çatır…

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Səttar Möhbalıyev barəsində yazarkən  nənələrin bir sözü yada  düşdü:
Deyirdilər ki, filankəs  Nikolayı taxtda görüb, Lenini  qundaxtda…
Doğrudan da, bu adam 30-40 ildir ki, Həmkarlar Konfederasiyasının hesabına milyonlara sahib olub.
Məlumdur ki, bütün sivil dünyada Həmkarlar əməkçinin ( fəhlənin, kəndlinin və s )  hüquqlarını qorumaq üçün yaradılıb.
Loru dildə desək, həmkarlar bir əməkçinin ayağına daş dəyən kimi, onun müalicəsini, müavinətini, ailəsinin təminatını tələb edir.
Neçə ildir oxuyuruq ki, fəhlə  yeni tikilən binanın  10-cu mərtəbəsindən yıxılaraq öldü.
Bircə dəfə də olsun, belə məqamda  Səttar müəllimin  səsini eşidən olmayıb.
O boyda konfederasiyanın sədri soruşmur ki, bu fəhlənin əmək müqaviləsi var idimi..?
Bu fəhlə  realda və kağız üzərində nə qədər maaş alırdı..?
Bu fəhlə  gündə neçə saat işləyirdi..?
Qarabağ  qazisi  bir neçə il əvvəl özünü Həmkarlar Konfederasiyasının qarşısında yandıraraq  intihar etdi.
Səttar müəllimin heç tükü də tərpənmədi.
Bəli, bu gün müasir dünyada HƏMKARLAR adlı qurum söz sahibidir. Bizdə isə  formal qurumdur.
Səttar Möhbalıyev hər yerdə deyir ki, mən demokratik  yolla qurumun sədri seçilmişəm.
Ay Səttar müəllim, cəbhəçilərin hesabına 1993-cü ildə özünü  Həmkarlara sədr edə bildin. Hansı demokratik seçkidən danışırsan..?
Cənab Möhbalıyevdən soruşan lazımdır ki, sən “tovaraved”  ola-ola necə gəlib  Respublika Həmkarlarının sədri oldun..?
Bəli, Möhbalıyev cəbhə hakimiyyəti  dövründə 1993-cü ilin fevralında AHİK-in təsis qurultayında sədr seçilmişdir.
O, sonradan  1998, 2003, 2008, 2013, 2018-ci illərdə AHİK-in I, II, III, IV və V qurultaylarında yenidən bu vəzifəyə seçilmişdir.
Dünyada  bunun analoqu yoxdur ki, 5-6 dəfə qurultayda quruma sədr seçilə.
Bəli, Səttar Möhbalıyev son 30 ildə  qurumu ailə biznesinə çevirib.
Səttar Möhbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir “ailə konfederasiyası”.
Təsəvvür edirsiniz, işləyən vətəndaşlardan hər ay həmkarlara üzvlük haqqı tutulur və bunun məbləği  təxminən 50 milyon manatdır.
Bu vəsaitin necə xərclənməsi Səttar Möhbalıyevdən başqa kimsəyə məlum deyil. AHİK sədri bu  barədə  bircə dəfə də  hesabat vermir.
Səttar Mehbalıyevin xanımı Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətini təsis edib. 2009-cu ildə Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər.
Şirkətin hazırda Türkiyədə  ticarətlə, turizmlə məşğul olan şöbələri, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var.
Səttar Möhbalıyev  30 ildir  Həmkarların sədri olmaqla bərabər, həm də Milli Məclisin üzvüdür.
O, 30 ildir “Kurort”  Səhmdar Cəmiyyətini  talamaqla məşğuldur.
Səttar Möhbalıyev  deyir ki, deputatlar məndən putyovka tələb edirlər…
Bəli, Səttar müəllim, sən hər il putyovkalardan milyonlar qazanırsan…
Və əsasən də  putyovkaları  sənə yaxın olan şəxslərin istirahət mərkəzlərinə yönəldirsən və “faizini” alırsan… (sualınız olsa, bilirsiniz ki, dəqiq cavab var)
Maraqlıdır ki, ölkənin müxtəlif bölgələrində istirahət mərkəzləri, hotellər, sanatoriyalar olsa da, Səttar  Möhbalıyev dostlarının həmkarlarının obyektlərinə üstünlük verib.
AHİK-in nəzdində “Kurort” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətdədir ki, QSC-yə 8 sanatoriya, 1 müalicə pansionatı və 10 istirahət bazası daxildir. Bu müalicə-istirahət zonalarına putyovkaları almaq üçün Səttar Möhbalıyevin qaydaları mövcuddur və bu qaydalar heç yerdə yazılmayıb!
Həmkarlar ittifaqında baş verən korrupsiya, maliyyə maxinasiyaları və qanun pozuntuları haqda tam təsəvvür yaratmaq üçün bir neçə statistik göstəriciyə nəzər yetirmək kifayətdir. AHİK-in sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəri olduğundan əvvəlcə elə bu sahədəki qüsurlar diqqət çəkir. Məsələn, ölkə üzrə təxminən 170 min orta məktəb müəllimi var, onların həmkarlara qoşulmaq üçün üzvlük haqqı maaşının 2 faizini təşkil edir. 1 il ərzində bu vəsait 10 milyon manata yaxındır. Nə vaxtsa bu pulla müəllimlər putyovka ilə müxtəlif yerlərə istirahətə göndərilirdi…Ölkədə təxminən 85 min neftçi var. Onların maaşlarından həmkarlara gedən pul da ən çoxu 2 faizdir. Neft sənayesində orta maaş 500-750 manat olduğunu nəzərə alsaq, neftçilərin həmkarlara aylıq ödənişləri təxminən 1 milyon 250 min manata yaxındır. Bu isə il ərzində 15 milyon manatdan yuxarı məbləğ deməkdir. Hər kəsə bəllidir ki, ölkədaxili sanatoriya putyovkaları həmkarlar üzvlərindən çox həmkarlar təşkilatları ilə heç bir əlaqəsi olmayan insanlara 300-500 manat civarında pula satılır. Ümumiyyətlə, həmkarlar şəbəkəsində daha çox korrupsiyalaşmış mexanizm putyovkalarla bağlıdır. Çünki il ərzində toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu vasitə ilə silinir.
Yeri gəlmişkən, yaxın zamanda Həmkarlar Konfederasiyasının  qurultayının keçirilməsi gözlənilir.
Səttar Möhbalıyevin  sədr seçilməyəcəyi  artıq bəllidir.
Bəs, Səttar Möhbalıyevi  hara göndərəcəklər..?
Bax, bu sualın cavabı yaxın zamanlarda bəlli olacaq.
Səttar müəllim, deyəsən, bu dəfə  səni deyirlər…
Yazıda müxtəlif saytlarına materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S. Növbəti sayımızda Səttar Möhbalıyevin qudası Əli Həsənovun xəyanəti və “ASPS”in ərazisində tikilən binalar yazısı dərc ediləcək. Bizi İzləyin.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.