ABŞ Azərbaycana yeni səfir göndərir

Siyasət

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerin səlahiyyət müddəti başa çatır. O, 2018-ci il dekabrın 13-də səfir təyin olunub, 2019-cu il martın 12-də fəaliyyətə başlayıb.

“Turan”ın məlumatına görə, mayın 25-də Li Litzenberqeri əvəzləyəcək namizədin adı açıqlanıb: Mark Libbi.

Səfir prezidentin təqdimatı, Konqresin yuxarı palatasının – Senatın razılığı ilə təyin edilir.

Novator.az bildirir ki, ABŞ-ın Azərbaycanda birinci səfiri Riçard Mayls olub. O, 1992-1993-cü illərdə bu postu tutub.

İkinci səfir Riçard Kozlariç 1994-1997-ci illərdə, üçüncü səfir Stenli Eskudero 1997-2000-ci illərdə çalışıb.

Sonrakı səfirlər bu şəxslərdir: Ross Uilson (2000-2003), Rino Harniş (2003-2006), Enn Dörsi (2006-2009), Metyu Brayza (2011-2012), Riçard Morninqstar (2012-2014), Robert Sekuta (2015-2018).

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.