Cavid Qurbanovu əvəzləyəcək olan Hicran Valehov KİMDİR? – DOSYE

ölkə

Dəmiryol Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib.

Hazırda quruma ADY-nin sədr müavini Hicran Valehov rəhbərlik edir. Bu barədə gununsesi.info məlumat yayıb.

Reallıq Tv. xəbər verir ki, Valehov Hicran Qardaşxan oğlu 1968-ci ildə anadan olub. Ali təhsillidir, Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib. Texniki elmlər namizədidir.

1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyi, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsi, Yol Fondu İdarəsi, “Elm-İstehsalat Mərkəzi” və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb.

2007-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini tutub. 2015-2016-cı illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

“Tərəqqi” medalı, “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edlib.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub.   Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.