Şəxsi mülkündə Qocalar evi yaradan, Nizami muzeyinin binasını tikdirən HACIAĞA DADAŞOV.

Cəmiyyət
ВAKI milyonçusu Hacıağa Dadaşov güclü yağış zamanı küçədə bir qocanın oturduğunu görüb,burada nə üçün oturduğunu soruşur.Qoca evsiz olduğunu deyir.Bundan bərk təsirlənən Hacı Bilgəhdəki 12 hektarlıq ərazisi olan bağ evini qocalar evi edir. Bakıda bir neçə uşaq evini açan Hacı bu evlərin ərzaq təminatını,təhsil xərclərini də ödəyirmiş.Ancaq heç kim bu işlərin kim tərəfindən həyata keçrildiyini bilmirdi.Çünki Hacı öz adının cıxmasını istəmirdi. Hacının böyük oğlu Ağa Yusif bəy məscidlərə gedər,imkansız ailələrə pul paylayarmış.Hacı öz şəxsi vəsaiti ilə Bakıda və bölgələrdə onlarla uşaq evləri və məktəb tikdirib. Bakıdakı Nizami muzeyini də məhz Hacıağa Dadaşov tikdirib…
Allah rəhmət eləsin!

Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.