Moldovanın sabiq prezidenti İqor Dodon 72 saat müddətinə saxlanaraq ifadə vermişdir. İndiki hökumət onun prezident işlədiyi müddətdə çoxlu sayda qanun pozuntularının olduğu qeyd edir və bu səbəbdən istintaqa cəlb edildiyini bildirir.
Dodonnun sözlərinə görə onun həbsinin başında indiki prezident Maya Sandu durur. Sabiq prezident bildirib ki, indiki prezident ondan qisas almaq üçün ona qarşı cinayət işi açmışdır. İstintaq davam etdiyindən, İqor Dodona ölkəni tərk etməmək xəbərdarlığı edilmişdir. Görünür, Maya Sandu hökuməti sabiq prezidentin həbsinə hazırlıq görməkdədir.
Deyə bilərik ki, Moldovada əvvəlki və indiki prezidentlərin müharibəsinin əsl səbəbi başqadır. Söhbət qanun pozuntularından deyil, sabiq diktaturanın məhvindən gedir.
İndiki prezident Maya Sandu demokrat, Qərb meyili, , sabiq prezident isə, diktator, Rusiya meyilli idi.
Bu gün Moldovada baş verənlər diktatorlara qarşı yeni cəbhənin açılmasıdır. Görünür, Qərb demokratiyasının əsl düşməni olan diktatorların məhvi çox yaxındadır. Eyni vəziyyət Azərbaycana, Türkmənistana, Qazaxıstana, Özbəkistana, Qırğızıstana, Tacikistana, Afrika və Asiya ölkələrinə də sıçrayacaqdır. Moldovada baş verənlər bir daha diktatorlar üçün bir mesaj anlamına gəlir. İnanırıq ki, çox yaxında dünyada diktatura idarəetmə sistemləri məhv ediləcəkdir. Turanxeber.az