Səlim Müslümovun atası sevincindən AĞLADI

Cəmiyyət

Xəbər verdiyimiz ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

 

Sabiq nazirin atası Yanvar Müslümov  açıqlamasında məhdudiyyətli olsa da, oğlunun azadlığa çıxmasına çox sevindiyini bildirib. Bununla belə, o, S.Müslümovun səhhətilə bağlı nigaranlığını ifadə edib:

 

“Səlim hazırda Bakıda, evindədir. Səhhətilə bağlı narahatlığı var. Ümid edirik ki, müalicə ilə keçər. Xəstə də olsa, yenidən yanımıza qayıtdığı üçün şükür edirəm. Allah bütün bağlı qapıları açsın”.

 

Göz yaşlarına hakim ola bilməyən Y.Müslümov əlavə şərh vermək istəməyib.

 

Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

 

Xatırladaq ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi. Sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir