“Təranənin yanında yaxşı kişi olsaydı…” – Rəqsanə

Şou-biznes

“Neçə gündür Elza Seyidcahanın verilişdə olması gündəmdədir. Ona yardımı reklam üçün etmədim. Uşaq deyiləm, onla özümə xal qazanım. Elza Seyidcahanla heç yaxın dostluğum da olmayıb. Hətta bir dəfə efirdə haqqımda xoşagəlməz söz demişdi”.

 

 

Turanxeber.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova deyib. İfaçı Əməkdar artist Elza Seyidcahana etdiyi maddi yardımdan və prodüser Təranə Səmədova ilə yaşadıqlarından danışıb:

“Keçmişdə başıma gələnlər haqqında kiminsə adını çəkib, özümü çirkaba atmaq istəmirəm. Həmin kitab bağlandı. Elzanın anasına pis oldum, anam da vaxtında nələr çəkib, mənə görə kömək istəyib.

Təranə haqda danışmayacam, çünki övladlarım var. Təranə çıxıb nə danışır danışsın, ona cavab verməyəcəm. Allah onu dardan qurtarsın. Hamilədir, Allah kömək olsun. Məni yaddan çıxarda bilmirsə, qoy danışsın. Qız böyüdür, övladı özü boydadır, gələcəyi, taleyi var. İstər mən, istər Təranə, istərsə də digər sənət dostlarımızın övladı var, yaşadıqlarımızdan dərs çıxartmalıyıq. Niyə övladlarımız etdiklərimizdən utansınlar? Əksinə fəxr etsinlər. Gündə bir xəbər yazılır: Təranəni narkotiklə, polislə tutdular. Onun övladını, hamiləliyini düşünün. Onun uşağı məktəbə gedir, niyə utansın?

Allah heç bir qadını sahibsiz etməsin. Təranənin yanında yaxşı kişi, ata olsaydı… Onun anası yaxşı qadın idi. Mən Təranəni bağışlamışam”.

Rəqsanə daha sonra üzünü sənət adamlarına tutaraq, Elza Seyidcahana yardım etmələrini deyib.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.