“Efiri tərk et, qalan pulu ödəyəcəyəm” – Elzanın oğlu

Şou-biznes

“Səni axtarıram” proqramında həmkarlarından yardım istəyən Əməkdar artist Elza Seyidcahanın musiqiçi oğlu Ələkbər anasına şərt qoyub.

Turanxeber.az xəbər verir ki, verilişə telefonla bağlanması gözlənilən Ələkbərlə səhnəyə çıxdığı üçün əlaqə yaratmaq mümkün olmayıb. Lakin aparıcı Xoşqədəm Hidayətqızı sənətçinin oğlunun anasındən tələbini səsləndirib. O, bildirib ki, Ələkbər E.Seyidcahanın verilişi tərk etdiyi halda qalan məbləği tamamlayacaq:

“Xəbərim yox idi. Anama deyin ki, qalan pulunu mən verəcəyəm. Proqramdan ayrılsın, Xoşqədəm xanım proqramdakı digər insanlara kömək etsin”.

Sənətçi isə oğlunun tələbinə belə münasibət bildirib:

“Oğlumun fikrinə hörmətlə yanaşıram. İlk gəldiyim günlərdə bəzi insanlar mənə oğlumla mənə eyham atdılar. Amma o insanların övladları utansın ki, onların valideynləri elə sözlər işlətdilər. Şükür Allaha mənim oğlum da xalq içindədir. Övladıma isə sənət dostu kimi deyirəm ki, maşınını satıb vermək lazım deyil. 9 min manat qalıb, mənə zərf yollasın, proqramdan ayrılım”.

Xatırladaq ki, E.Seyidcahan açıqlamalarından birində oğlunun onunla danışmadığını deyib. O bildirib ki, buna səbəb onun şeirləridir. Belə ki, Ələkbər Seyidcahanın şeir yazmasını istəmir.

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.